Velosiped və skuter sürücüləri üçün çəkilən zolaqlar niyə yarımçıq kəsilir?
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Velosiped və skuter sürücüləri üçün çəkilən zolaqlar bir çox ərazilərdə yarımçıq kəsilir.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, son vaxtlar paytaxt Bakıda velosiped zolaqlarının yaradılması istiqamətində addımlar atılsa da, bəzi yerlərdə bu layihələr tam şəkildə reallaşdırılmayıb. Hətta mərkəzi küçələrdə də bu problem yaşanır.
Zolaqdan istifadə edənlər də bu vəziyyətlə tez-tez qaqrşılaşdıqlarını deyirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Bakıda mikromobillik zolaqları qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla layihələndirilir.
Hazırda 35 kilometr uzunluğunda mikromobillik zolağı yaradılıb və belə yolların çəkilişi davam edir.
Həmçinin AYNA tərəfindən konseptual plan hazırlanıb və bu işlər həmin plan əsasında həyata keçirilir. Konseptual planın əsas məqsədlərindən biri velosiped yollarının davamlılığının təmin edilməsidir. Lakin mikromobillik zolağı bitirsə və yaxud istifadəçinin hərəkət etdiyi istiqamətdə velosiped yolu yoxdursa, bu zaman velosiped və ya skuter istifadəçisi həmin yoldakı yol nişanlarının və işıqforun tələblərinə riayət etməklə yolun sağ hissəsi ilə hərəkətini davam etdirə bilər. Yəni qanunvericilik buna imkan verir.
Ətraflı süjetdə:
Velosiped və skuter sürücüləri üçün çəkilən zolaqlar niyə yarımçıq kəsilir?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 15 Yanvar 2025 01:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















