Icma.az
close
up
RU
Venediktovun açıqlaması:Kremlin Cənubi Qafqaz xiffəti Şərh

Venediktovun açıqlaması:Kremlin Cənubi Qafqaz xiffəti Şərh

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Son günlər verdiyi açıqlamalarla   rezonansa səbəb olan “Exo Moskvı” radiosunun keçmiş baş redaktoru Aleksey Venediktovun bəyanatları əslində yalnız şəxsi fikir deyil, Moskvanın Cənubi Qafqazla bağlı strateji mesajının açıq şəkildə səsləndirilməsidir. Venediktovun “Qarabağ müharibəsi bitməyib”, “Rusiya üçün məsələ qapanmayıb” fikirləri, eləcə də Oleq Kaşinin  təxribatçı çıxışları Kremlin “liberal” etiketli, lakin imperiya düşüncəli çevrələrinin aktivləşməsini göstərir”.
 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.
Onun fikrincə, bu çağırışların fonunda regionda yeni təhlükəsizlik arxitekturasının formalaşdığı, Azərbaycanın tam suverenliyinin artıq rəsmən və faktiki olaraq bərpa edildiyi bir şəraitdə Moskvanın bu cəhdlərinin məqsədləri aydın görünür:
“ Venediktovun “CivilNet”ə müsahibəsində dediyi əsas tezislər bundan ibarətdir: Ermənistan–Azərbaycan müharibəsi bitməyib; Rusiya Qarabağ məsələsini qapatmayıb; Moskva özünə yaxın tərəf kimi hələ də erməniləri görür; Ruben Vardanyan kimi fiqurlar unudulmayıb.
Moskva öz rəsmiləri vasitəsilə demədiyini, “liberal”, “müstəqil”, “demokratik” imicinə malik şəxslərin dili ilə səsləndirir.
Bu, 200 illik siyasətin davamıdır və  Cənubi Qafqazda təsir mexanizmini qorumağa xidmət edir.
Vardanyan Moskvanın planlı şəkildə regiona göndərdiyi layihə idi. Onun Azərbaycan tərəfindən həbs olunması Kremlin ambisiyasına ciddi zərbə oldu”.
O hesab edir ki, Rusiya bununla reallığı tam təhrif etməklə  bölgədə sülhü pozmağa, öz təsir imkanlarını saxlamaq, regionu yenidən alovlandırmaqdır. “Bu məqsədlə “liberal” imicli jurnalistlərin səsləndirdiyi fikirlər əslində Kremlin “yumşaq güc” aləti kimi istifadə edilir. Amma nə Rusiya, nə də başqa bir güc  Azərbaycanın bölgədə yaratdığı reallığı dəyişdirmə gücünə malik deyil”, - o vurğulayıb.
İ. Yusifov bildirib ki, regionda tamamilə yeni reallıq mövcuddur və burada Rusiyanın nostalji bəyanatlarına yer yoxdur:
“Bugünkü Cənubi Qafqaz reallığı aşağıdakı prinsiplərə əsaslanır:
Azərbaycan suverenliyi və ərazi bütövlüyü tam təmin edilib; Ermənistan regionda revanşizmə yol açmayan yeni siyasi kurs seçib; regional əməkdaşlıq modeli güclənir; nəqliyyat, enerji və təhlükəsizlik infrastrukturları Azərbaycanın liderliyi ilə formalaşır; Rusiya artıq prosesləri təkbaşına yönləndirmək gücünü itirib.
Beləliklə, Moskvanın  ortaa atdığı köhnə narrativlər regional siyasi nizamı dəyişdirəcək gücdə deyil. Nəticə olaraq onu qeyd edə bilərik ki,  Cənubi Qafqaz yeni mərhələyə qədəm qoyub. Bölgədə artıq  yeni təhlükəsizlik arxitekturası formalaşmaqdadır ki, bu da   özündə dayanıqlı sülhü, iqtisadi əməkdaşlığı, bərabərhüquqlu  qonşuluğu və suverenliyi ehtiva edir. Odur ki, Moskvanın artıq bölgə ilə bağlı keçmişi xiffət etməsinin yeri yoxdur.
Rusiya bölgə ölkələri ilə ancaq bərabərhüquqlu şəkildə ölkələrin suveren hüquqlarına hörmət əsasında əməkdaşlıq münasibəti qura bilər”.
 Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Noyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri