Icma.az
close
up
RU
Venerada həyatın mövcudluğunun mümkünlüyünü sübut edən dəlil tapıldı

Venerada həyatın mövcudluğunun mümkünlüyünü sübut edən dəlil tapıldı

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

"Science Advances" jurnalında dərc olunan yeni tədqiqata görə, Veneranın atmosferində həyatın formalaşması üçün əsas ola biləcək molekul – peptid nuklein turşusu (PNA) mövcud ola bilər. 

"Ölkə.az" xəbər verir ki, bu molekulun quruluşu DNT-yə bənzəyir və o, 98 faizli kükürd turşusunda otaq temperaturunda iki həftə ərzində sabit qala bilir.

Tədqiqat Polşa, Böyük Britaniya və ABŞ-dan olan alimlər tərəfindən aparılıb. Onların fikrincə, Yer həyatının sudan asılı olduğu halda, Venerada mümkün həyat formaları güclü turşu mühitindən – yəni kükürd turşusundan – həlledici kimi istifadə edə bilər.

Aparıcı müəllif, Vrotslav Politexnik Universitetindən doktor Yanuş Yurand Pentkovski bildirib: "Qəbul olunmuş fikir budur ki, konsentrləşdirilmiş kükürd turşusu bütün orqanik maddələri məhv edir. Amma biz sübut etdik ki, bu, tam olaraq belə deyil".

Bu fikir, əvvəllər Venera atmosferində fosfin və ammonyak kimi – Yer üzərində bioloji aktivliklə əlaqələndirilən – maddələrin aşkarlanmasından sonra irəli sürülən fərziyyələri gücləndirir. Yeni tədqiqat isə bu fərziyyələrə molekulyar əsas verir.

Kariff Universitetindən doktor Uilyam Beyns isə əlavə edib: "Əgər DNT-yə bənzəyən PNA bu şəraitdə sağ qala bilirsə, bu, həqiqətən də heyrətamizdir. Bu, kainatın digər hissələrində həyatın necə görünə biləcəyini anlamaqda açar rol oynaya bilər".

Bununla belə, tədqiqatçılar qeyd edirlər ki, 50 °C-dən yuxarı temperaturlarda PNA artıq sabit deyil. Halbuki Veneranın bulud qatlarında temperatur 0 °C-dən 100 °C-dək dəyişir. Alimlərin növbəti məqsədi bu temperatur aralığında sabit qalan və "qeyri-yer həyatının DNT-si" rolunu oynaya biləcək bir polimer yaratmaqdır.(Qaynarinfo)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 May 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri