Icma.az
close
up
RU
Venesiya meriyası turistlərdən alınan rüsumu bərpa edir

Venesiya meriyası turistlərdən alınan rüsumu bərpa edir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 17 aprel, AZƏRTAC

İtaliyanın Venesiya şəhərinə 5 avroluq giriş haqqı cümə günü bərpa olunacaq. Belə ki, bu ilin ən böyük dəyişikliyi isə şəhərə son anda gələn turistlərin ikiqat ödəniş etməsidir.

AZƏRTAC xəbər verir ki, Venesiya şəhərinin rəsmiləri hələ də ümid edirlər ki, ötən il 2,4 milyon avro gəlir gətirən bu sxem həddindən artıq turist axınının qarşısını almağa kömək edəcək.

Aprelin 18-dən turistlər şəhərə daxil olmaq üçün 5 avro ödəməlidir. Amma bilet səfərə üç gündən az qalmış alınıbsa, məbləğ iki dəfə artaraq 10 avroya çatır. Yeni qayda aprelin 18-dən iyulun 27-dək olan 54 günə - əsasən həftə sonlarına aiddir. Bu, əvvəlki illə müqayisədə demək olar ki, iki dəfə çoxdur. “The Guardian” xəbər verir ki, rüsum yerli vaxtla saat 8:30-dan 16:00-a qədər alınır.

Şəhərin əsas girişlərində, məsələn, Venesiya Santa Lusia qatar stansiyasında turistlər müfəttişlərə verginin ödənildiyini təsdiq edən QR kodu təqdim etməlidirlər. Yalnız bir gecəlik yer sifariş edən turistlər ödənişdən azaddırlar.

Ötən il Venesiyaya gələnlərin sayında yeni rekord qeydə alınıb. Hər il təxminən 30 milyon insan buraya axın edir, onların əksəriyyəti yalnız bir günlüyünə gəlir.

“Venezia Today” yerli xəbər saytının məlumatına görə, artıq 35 mindən çox turist bir günlük səfər üçün bilet sifariş edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Aprel 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri