Icma.az
close
up
RU
Azərbaycan Venesiya İncəsənət Biennalesində

Azərbaycan Venesiya İncəsənət Biennalesində

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan bu il də dünyanın ən nüfuzlu incəsənət platformalarından biri olan Venesiya Biennalesində öz zəngin mədəni kimliyini və müasir bədii düşüncəsini təqdim edir.

Mayın 7-də Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə Beynəlxalq İncəsənət Sərgisi - Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub. Pavilyon Venesiyada XVI əsrin memarlıq abidələrindən olan Campo della Tanada yerləşir və bu dəfə Əməkdar rəssam Faiq Əhmədin “Diqqət” layihəsi ilə təmsil olunur. “Diqqət” müasir incəsənətin əhəmiyyətli beynəlxalq platformalarından birinə Azərbaycanın töhfəsidir. Pavilyonun mərkəzində rəssamın bədii təcrübəsində əsas və təkrarlanan element olan xalça təqdim edilir.

Pavilyon Azərbaycanın yalnız bədii-estetik dünyasını deyil, həm də onun fəlsəfi düşüncə ənənəsini, mədəni yaddaşını və müasir texnoloji baxışını qlobal auditoriyaya təqdim edir.

Açılış mərasimində çıxış edən Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirib ki, Azərbaycanın artıq 19 ildir Venesiya Biennalesində uğurla təmsil olunması ölkəmizin beynəlxalq mədəniyyət siyasətinin mühüm nailiyyətlərindən biridir. O vurğulayıb ki, bu uğurun əsasında Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyət dayanır. “Venesiya Biennalesi kimi prestijli platformada iştirak ölkəmizin zəngin mədəni irsini və müasir incəsənət potensialını beynəlxalq auditoriyaya çatdırmaq üçün nadir fürsətdir”, – deyə Anar Ələkbərov qeyd edib.

Venesiya Biennalesinin prezidenti Pyetrancelo Buttafuoko çıxışında Azərbaycan pavilyonunun yalnız incəsənət hadisəsi deyil, həm də dərin mənəvi-estetik təcrübə olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan xalçalarında əks olunan rənglər və işarələr vasitəsilə sənətin universal dili insanı daxili aləminə doğru yönəldir. P.Buttafuokonun sözlərinə görə, sənət insanlığın ortaq mənəvi ehtiyacıdır və bu gözəllik sərhədləri, dilləri və nəsilləri aşaraq xalqları birləşdirmək gücünə malikdir. O, Azərbaycanı Venesiya Biennalesinin ayrılmaz və mühüm tərəfdaşlarından biri kimi qiymətləndirib.

Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov vurğulayıb ki, milli pavilyon yalnız sənət nümunələrinin sərgiləndiyi məkan deyil, həm də Azərbaycanın ruhunu, tarixini və mədəni kimliyini dünyaya təqdim edən mühüm platformadır. Səfir bu layihənin beynəlxalq mədəni əməkdaşlıq və sivilizasiyalararası dialoq baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Azərbaycanın 61-ci Venesiya Biennalesindəki milli pavilyonunun kuratoru Qvendolin Kollaço bu işdə əməyi olan hər kəsə təşəkkür edib və təqdim olunan layihədən danışıb.

“Diqqət” layihəsinin müəllifi, Əməkdar rəssam Faiq Əhməd müasir incəsənətdə özünəməxsus vizual dili ilə seçilən sənətkarlardandır.

Layihənin konseptual əsasını böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin fəlsəfi irsi təşkil edir. Hürufi düşüncə sistemindən ilhamlanan ekspozisiya immersiv və multimodal məkan həlli vasitəsilə tamaşaçını daxili düşüncə səyahətinə dəvət edir. Burada hərf, işarə və simvollar kainatın gizli kodları kimi təqdim olunur.

“Diqqət” layihəsinin ən diqqətçəkən xüsusiyyətlərindən biri isə ənənəvi incəsənətlə qabaqcıl texnologiyaların sintezidir. Ekspozisiyada kvant əsaslı sistemlər, neyroreaktiv və dataəsaslı texnologiyalar inteqrasiya olunaraq, yeni estetik və fəlsəfi təcrübə yaradılıb.

Beləliklə, “Diqqət” yalnız bir sərgi deyil, həm də insan şüuru, informasiya, yaddaş və reallıq haqqında çağdaş fəlsəfi düşüncənin bədii manifestinə çevrilir.

1895-ci ildən keçirilən Venesiya Biennalesi dünya incəsənətinin təqdim olunduğu nəhəng bir platformadır. İki ildən bir keçirilən Venesiya İncəsənət Biennalesində ölkəmiz 2007-ci ildən iştirak edir. 2025-ci ildə isə Azərbaycan ilk dəfə Venesiya Arxitektura Biennalesində təmsil olunub.

Mayın 9-dan ziyarətçiləri qəbul edəcək 61-ci Venesiya İncəsənət Biennalesi noyabrın 22-dək davam edəcək.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 May 2026 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see936

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see395

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see347

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see335

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see312

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see305

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see267

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see265

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see246

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see183

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri