Icma.az
close
up
RU
Venesuela neftini unikal edən nədir və onu emal etmək niyə çətindir?

Venesuela neftini unikal edən nədir və onu emal etmək niyə çətindir?

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Dünyanın ən böyük sübut olunmuş neft ehtiyatlarına malik olan Venesuela uzun illərdir yanacaq çatışmazlığı və idxaldan asılılıq problemi ilə üz-üzədir.
Yeniavaz.com
xəbər verir ki, bu paradoksun əsas səbəbi tətbiq olunan sanksiyalar olsa da, digər bir mühüm səbəb ölkənin neft ehtiyatlarının böyük hissəsinin qlobal bazarda geniş istifadə edilən yüngül xam neftdən kəskin şəkildə fərqlənən ekstra ağır xam neftdən ibarət olmasıdır.
Mütəxəssislərin bildirdiyinə görə, Venesuela nefti konsistensiyasına görə adi maye yanacaqdan çox qətranı xatırladır. Bu isə onun həm çıxarılmasını, həm də emalını texnoloji baxımdan çətin və iqtisadi cəhətdən baha prosesə çevirir.
Ekstra ağır xam neft yerin səthinə öz-özünə çıxmır. Onun hasilatı üçün xüsusi avadanlıq, buxar vurulması və ya durulaşdırıcı maddələrdən istifadə tələb olunur. Daşınma mərhələsində isə neftin boru kəmərlərində donmaması və tıxanma yaratmaması üçün daim daha yüngül nafta ilə qarışdırılması vacibdir. Bu amillər ağır neftin logistikasını xeyli bahalaşdırır.
Venesuela neftinin standart neft emalı zavodlarında birbaşa emalı demək olar ki, mümkün deyil. Bunun üçün ağır molekulları parçalaya bilən yüksək texnologiyalı və çox bahalı qurğular tələb olunur. Nəticədə, bu xammaldan keyfiyyətli benzin istehsalı yüngül neftlə müqayisədə daha çox vaxt, enerji və maliyyə resursu tələb edir.
Bu səbəbdən Venesuela neftini emal edə bilən zavodların sayı məhduddur. Hazırda bu xammal əsasən ABŞ-də yerləşən bir neçə xüsusi neft emalı zavodunda emal oluna bilir və mütəxəssislərin fikrincə, bu proses hətta Kanada ağır neftinin emalından da daha mürəkkəbdir.
Ekspertlərin qiymətləndirməsinə əsasən, Venesuela neftinin kommersiya baxımından səmərəli olması üçün uyğun infrastrukturun qurulması vacibdir. Bu isə təxminən 100–150 milyard dollar həcmində investisiya tələb edir. Yalnız bu cür iri həcmli sərmayə və miqyas iqtisadiyyatı hesabına Venesuela nefti uzunmüddətli perspektivdə gəlirli ola bilər.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 13 Yanvar 2026 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri