Icma.az
close
up
RU
Venesuela təsdiqlədi: Trampa məktub

Venesuela təsdiqlədi: Trampa məktub

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Venesuela hökuməti Prezident Nikolas Maduronun ABŞ Prezidenti Donald Trampa birbaşa dialoq qurmaq məqsədilə məktub göndərdiyini təsdiqləyib. 

"Cebheinfo.az" xəbər verir ki, Venesuela Prezidentinin yardımçısı Delsi Rodriqes teleqram hesabında verdiyi açıqlamada Maduronun həmkarı Trampa xüsusi nümayəndəsi Riçard Qrenell vasitəsilə birbaşa görüşməyə hazır olduğunu bildirən bir məktub göndərdiyini qəbul etdi. 

Maduro məktubda Venesuela əleyhinə səsləndirilən “mafiya və narkotik qaçaqmalçılığı şəbəkələri ilə əlaqə” ittihamlarının tamamilə əsassız olduğunu vurğulayaraq, bu kimi iddia və “saxta xəbərlərin” iki ölkə münasibətlərinə mənfi təsir göstərdiyini ifadə edib. 

Hökumətin mafiya və narkotik şəbəkələri ilə bağlılığına dair iddialar “tamamilə əsassız” və “saxta xəbər” kimi xarakterizə edilən 6 sentyabr tarixli məktubda Venesuelanın deportasiya olunan miqrantların geri qəbul edilmədiyi ilə bağlı xəbərlərin də həqiqəti əks etdirmədiyi qeyd olunub. Məktubda belə deyilirdi: 

“Bu məsələ cənab Riçard Qrenell ilə aparılan görüşdə tez bir zamanda həll olunaraq aydınlaşdırıldı. Bu kanal indiyə qədər qüsursuz şəkildə işləyib”. 

Maduro məktubunda Venesuelanın narkotik istehsalından təmizlənmiş bir ölkə olduğunu önə çəkərək belə deyib: 

“BMT-nin məlumatlarına görə, Kolumbiyadan çıxan narkotiklərin cəmi 5 faizi Venesuela üzərindən daşınır. Bu il Kolumbiya ilə sahib olduğumuz 2 min 200 kilometrlik uzun sərhəddən keçməyə çalışan həmin kiçik faizdən 70 faizdən çoxunu zərərsizləşdirmişik; bu, çox mühüm göstəricidir. 

Bu göstəricilər Venesuelanın beynəlxalq qanunsuz narkotik ticarəti ilə mübarizədəki qüsursuz fəaliyyətini təsdiqləyir, bu vəziyyət mövzu ilə bağlı bütün beynəlxalq qurum və agentliklər tərəfindən də qeyd olunub.

Venesuela əsgərləri narkotik qaçaqmalçılığı ilə bağlı 402 təyyarəni məhv edib. Bu və digər məsələlər hər zaman Sizin xüsusi nümayəndəniz Qrenell ilə birbaşa və səmimi şəkildə müzakirəyə açıq olacaq. Beləcə, media səs-küyünü və saxta xəbərləri kənara qoya bilərik”. 

ABŞ Prezidenti Tramp isə Venesuela Prezidenti Maduronun danışıqlar çağırışı etdiyi iddia olunan məktubla bağlı danışmaqdan imtina edərək, “Venesuelada nə olacağını görəcəyik” ifadəsini işlədib. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Sentyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri