Icma.az
close
up
RU
Venesuela həmləsi

Venesuela həmləsi

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Nurlan UMUDOV
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistrantı
ABŞ və Venesuela arasında illərdir davam edən və son aylarda yenidən pik səviyyəyə çatan gərginlik həm ikitərəfli münasibətlərə təsir göstərir, həm də beynəlxalq aktorlar üçün təhdid mənbəyi kimi qalır. Donald Tramp rəhbərliyi ilə ABŞ-nın Venesuelaya qarşı konkret olaraq hansı addımları atacağı bəlli olmasa da, bu istiqamətdə bir sıra ehtimallar, nəzəriyyələr mövcuddur.
Tramp administrasiyası mövcud gərginliyi narkotika ticarəti, ABŞ-yə Venesueladan külli miqdarda narkotikin gətirilməsi və prezident Maduronun bu işin başında duran əsas narkotel olması ilə əlaqələndirsə də, bir sıra başqa vacib məqamlar var ki, məhz bunlar ABŞ-nın əsas maraqlarına xidmət edir.
İlk növbədə onu demək olar ki, Venesuela zəngin təbii sərvətlərə, xüsusən də neft və mədən yataqlarına məxsus dövlətlərdən biridir. Neft ehtiyatlarına görə dünyada 1-ci yerdə dayanır (təxminən 303 milyard barrel). Bu da onun əhəmiyyətini, böyük dövlətlərin əsas maraq dairəsində düşməsinə səbəb olur.
Digər tərəfdən, Venesuela neft ehtiyatlarını çox sərfəli, son zamanlar isə daha da ucuz qiymətə Çin və Hindistan kimi qlobal və regional qüvvələrə satışını gerçəkləşdirir. ABŞ-nın beynəlxalq aləmdə və iqtisadi sferada ən böyük rəqibi olan Çinin Venesueladan bu cür faydalanması sözsüz ki, ABŞ-ı qane etmir. Çinin həmin ehtiyatlara əlçatanlığının qarşısını almaq, öz təsir qüvvəsini daha da genişləndirmək ABŞ üçün əsas prioritetlərdən birinə çevrilib.
Həmçinin, Venesuela həm Latın Amerikasında, həm də Avropa və bir sıra regionlarla genişmiqyaslı ticarətlə məşğul olur. Braziliya və Kolumbiya kimi həmsərhəd dövlətlərlə sıx iqtisadi əməkdaşlıq mövcuddur. Bu da onların mövqeyini gücləndirməklə yanaşı, ABŞ-nın yenidən vahid güc, Amerika qitəsinin əsas idarəçisi kimi çıxış etməsinə mane olur. BRİCS-in əsas üzvlərindən olan Braziliyanın sərfəli təkliflərlə Venesuelanın təbii sərvətlərini tədarük etməsi, regionda əsas aktorlardan biri kimi çıxış etməsi, ABŞ-nın şərtlərinə və tələblərinə qarşı çıxmasına təkan verir. Kolumbiya da eyni şəkildə uğurlu iqtisadi əməkdaşlıqla həm regionda öz mövqeyini qoruyur, həm də Panama kanalında müəyyən təsir qüvvəsini formalaşdırır.
Bunlarla yanaşı, Venesuelanın yüksək strateji əhəmiyyətə malik ərazilərdə yerləşməsi ABŞ-nın bura olan maraqlarına təsir göstərir. Qeyd olunan amillər başda olmaqla, bir sıra maraq və mənfəətlər ABŞ-nın regionda Venesuela ilə qarşı-qarşıya gəlməsinə səbəb olur. Lakin “həmin dövlət ABŞ üçün “asan loxma” sayılır”,- demək olmaz. Buna görə, hələ də aktiv müdaxilə aktları ilə qarşılaşmırıq.
ABŞ-nın Venesuelaya müdaxiləsi bir sıra ssenarilərin reallaşmasına gətirib çıxara bilər. Həmçinin, bu ehtimalların bir çoxu ABŞ üçün uğurlu hesab olunmur. Həmin ehtimalların bir neçəsini qeyd etmək olar:
1. Venesuela Rusiya, Çin, Hindistan, Braziliya kimi bir çox güclü dövlətlərlə sıx əməkdaşlıq əlaqələrinə malikdir. ABŞ-nın mümkün müdaxiləsi zamanı adıçəkilən dövlətlər başda olmaqla bir çox dövlətdən müxtəlif yollarla lazımi yardımlar Venesuelaya çatdırılar ki, bu da ABŞ üçün ciddi problemlər yarada bilər. Birə-bir münaqişədə ABŞ aşkar üstünlüyə sahib olsa da, bu cür dövlətlərin göstərə biləcəyi dəstək balansı dəyişər.
Bunun bariz nümunələrini ötən əsrin 60-cı illərində baş verən Karib böhranında, Vyetnam müharibəsində görə bilərik. SSRİ-nin Kubaya açıq dəstəyi, nüvə raket başlıqlarını yerləşdirməsi ABŞ-nın geri addım atmasına səbəb olmuşdur. Digər tərəfdən, Vyetnam müharibəsində Çinin dəstəklədiyi Şimali Vyetnamın kommunist qüvvələri ABŞ ordularına ağır məğlubiyyət yaşatmışdır. Çox güman ki, ABŞ həmin hadisələrdən ciddi dərs çıxarıb və növbəti dəfə belə addım atmazdan qabaq xeyli dərəcədə düşünəcək və lazımi tədbirləri həyata keçirəcək.
2. Venesuela iqtisadi böhranla zəifləsə da, daxili birliyə malik dövlətlərdən biridir. Maduronun əmrində 120 min nəfərlik aktiv hərbi qüvvələrlə yanaşı, 4.5 milyon nəfərə çatan silahlı milis qüvvələri hazır vəziyyətə gətirilib. Mülki şəxslər silahlarla istifadə qaydalarını öyrənir, xalq arasında hərbi təlimlər keçirilərək potensial müharibəyə hazırlıq aparılır. Hazırda Venesuela blokadasında 10 min nəfərlik ABŞ qüvvələrinin olduğunu nəzərə alsaq, say üstünlüyü ciddi şəkildə Venesuelanın lehinədir.
Təbii ki, toqquşma baş verəcəyi təqdirdə ABŞ bu qüvvələrlə kifayətlənməyəcək və yeni qüvvələri regiona cəlb edəcək. Həmçinin, ordunun hazırlıq və döyüş qabiliyyəti də xeyli dərəcədə yüksəkdir. Ancaq Venesuelanın təbii coğrafi amilləri ABŞ qüvvələrinin rahat irəliləməsinə mane olacaq səviyyədədir. Sıx meşəlik ərazilərinin çoxluğu, eyni zamanda dağlıq ərazilərin mövcudluğu partizan müharibələri üçün ciddi şərait yaradır. Bu cür relyef ABŞ qüvvələrinin ciddi itkilər verməsinə səbəb ola bilər ki, bu da, hərbi əməliyyatların uğursuzluğa düçar olmasına gətirib çıxarar.
3. Digər bir vacib amil isə narkotellərlə bağlıdır. ABŞ-nın Venesuelaya əsas müdaxilə səbəbi kimi narkotik ticarəti göstərildiyi üçün, bu, həm dövlət daxilində mövcud narkotelləri, həm də regionda mövcud olan digər qüvvələri tətikləyir. Yəni potensial bir ABŞ hərbi müdaxiləsində narkotellərin aktiv iştirakı gözlənilə bilər. Hətta bu istiqamətdə qonşu dövlətlərin daxilində mövcud olan dəstələrin Venesuelaya ciddi şəkildə dəstək göstərəcəyini də söyləmək olar. Hər bir halda Venesueladakı narkotik ticarəti ilə məşğul olan qüvvələr məhv edilsə və mövcud hakimiyyət məğlub olsa, digər narkotellər hədəf nöqtəsinə çevrilə bilər.
ABŞ Venesuelada uğur qazanacağı təqdirdə, istiqamətini digər Latın Amerikası dövlətlərində olan dəstələrə çevirə bilər ki, bu yolla həm həmin dövlətlərdə təsir qüvvəsini artırar, həm də narkotik ticarətinə nəzarətini yenidən gücləndirər. Bunu nəzərə alaraq, regionda mövcud olan narkobaronların mümkün toqquşmalar zamanı aktiv dəstək göstərəcəklərini iddia etmək olar. Çünki heç biri ötən əsrdə Kolumbiyada baş verən hadisələrin yenidən öz üzərlərində təkrarlanmasını istəmirlər.
4. Digər məsələ, əgər ABŞ Venesuelaya açıq müdaxiləyə başlasa və bu, müharibə səviyyəsinə keçsə, o zaman beynəlxaq sistemdən ciddi təzyiqlərə məruz qalmasına səbəb olacaqdır. Mülki şəxslərində döyüş hazırlıqlarından keçməsi, hərbi əməliyyatlar zamanı onların da ölümünə səbəb ola bilər. Bu da insan hüquqları, beynəlxalq hüquq məsələlərinə görə ABŞ üçün ciddi problemlər yaradacaqdır.
Digər tərəfdən, yuxarıda qeyd edildiyi kimi, Rusiya, Çin, Hindistan və digər dövlətlər ABŞ-ı zəiflətmək və Venesuelaya dəstək vermək məqsədilə beynəlxalq arenada açıq şəkildə təzyiqlər göstərə bilərlər. Bunlarda öz növbəsində ABŞ-nın izolyasiyasına və əməliyyatın uğursuz olmasına gətirib çıxaracaqdır ki, nəticə etibarı ilə ABŞ məğlub ola bilər. Həmçinin, Rusiya üçün xüsusi rıçaq alətinə çevrilə bilər ki, bu yolla illərdir ABŞ və Qərbin Rusiyaya qarşı həyata keçirdiyi siyasəti geri qaytarsın. Bu yolla ABŞ-ı işğalçı dövlət kimi açıq hədəfə çevirərək, onları çıxılmaz situasiyaya sala bilərlər. Odur ki, Venesuela ilə açıq şəkildə müharibə ABŞ üçün indiki vəziyyətdə qazanclı olmayacaqdır.
Bütün bu amillər ABŞ üçün narahatlıq və təhdid mənbəyi olsa da, öz maraq və mənafeləri hər zaman onlar üçün ön plandadır. Belə olan halda ABŞ-nın heç nə olmamış kimi geri çəkiləcəyini gözləmək olmaz.
ABŞ üçün ən yaxşı vasitə blokadanı davam etdirməkdir ki, bu da hazırda davam edir. Mövcud blokada digər dövlətlərin rahat ticarətinə mane olur, mövcud iqtisadi problemləri daha da ağırlaşdırır və əsas təzyiq vasitəsi kimi çıxış edir. Təcrid olunmuş Venesuela bunun nəticələri ilə uzun müddət dayana bilməz və müəyyən güzəştlər etməsi mümkündür. Hətta bəzi xəbərlərə görə, Maduro Tramp administrasiyası ilə neftlə bağlı məsələlərdə danışıqlara hazırdır. Bu ehtimal da özlüyündə xüsusi əhəmiyyətə malikdir.
ABŞ üçün bir digər variant müharibə olmadan bir neçə xüsusi hərbi əməliyyatla Venesuelada istədiyi dəyişiklikləri aparmaq olacaqdır. Məsələn, bu ilin iyun ayında İrana qarşı hücum kimi bir neçə günü əhatə edən və kəskin xarakter daşıyan xüsusi hərbi əməliyyatlar ABŞ üçün müsbət nəticələr qazandıra bilər. Hər bir halda bu istiqamətdə tədbirlərin görüldüyünü irəli sürmək olar.
Nəticə etibarı ilə ABŞ-nın konkret olaraq hansı həmləni atacağı qeyri-müəyyən olsa da, hərbi əməliyyatların həyata keçirilməsi ehtimalı özünü qorumaqda davam edir. Lakin bu əməliyyatların hansı səviyyədə və təhlükədə olacağı gedişatdan asılı olaraq dəyişə bilər.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://reyting.az
archiveBu xəbər 20 Oktyabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see335

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see247

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see228

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see224

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see209

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see208

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see207

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see204

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see193

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see175

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see174

TikTokdan məhkəmədə şok etiraf: Uşaqları tətbiqə bağlayacaq şəkildə hazırlanıbmış

27 Sentyabr 2026 04:03see174

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see171

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see170

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see169

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see169

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM

27 Sentyabr 2026 05:00see168

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see166

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see161

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri