Venesuelada çevriliş iddiaları Prezident sarayı yaxınlığında atışma və partlayış səsləri
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Venesuelanın paytaxtı Karaqasda prezident sarayı ətrafında atışma və partlayış səslərinin eşidildiyi bildirilir.
Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, hadisə ilə bağlı yayılan ilkin məlumatlarda ölkə paytaxtında mümkün dövlət çevrilişi cəhdi ehtimalı irəli sürülür.
Məlumata görə, hadisələr Miraflores rayonunda baş verib. Şahidlərin sözlərinə əsasən, atışma başlamazdan az əvvəl prezident sarayı üzərində pilotsuz uçuş aparatları (PUA) müşahidə olunub. Bundan sonra ərazidə silah səsləri eşidilib, küçələrdə silahlı şəxslər, eləcə də avtomobil kolonları və zirehli texnikanın hökumət binası istiqamətində hərəkət etdiyi bildirilib.
Bəzi yerli mənbələr küçələrdə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini, ayrı-ayrı ərazilərin müvəqqəti nəzarətə götürüldüyünü iddia edir. Sosial şəbəkələrdə yayılan videolarda hərbi kolonların hərəkəti və atəş səsləri əks olunub.
Hadisələr ölkədə siyasi qeyri-müəyyənlik fonunda baş verir. Daha əvvəl Venesuelanın vitse-prezidenti Delsi Rodrigezin müvəqqəti olaraq prezident səlahiyyətlərini icra etməyə başladığı açıqlanmışdı. Yerli KİV-lərdə yayılan iddialara görə, baş verənlərin arxasında daxili işlər naziri Diosdado Kabello və hakimiyyət daxilində Rodrigezin addımlarından narazı olan qüvvələr dayana bilər. Lakin bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib.
Yerli media yazır ki, hökumət qvardiyası yanlışlıqla öz PUA-larına atəş açıb. Venesuela hökumətinə yaxın mənbələr AFP agentliyinə açıqlamasında paytaxtda vəziyyətin “tam nəzarət altında” olduğunu bildirib.
Hadisə ilə bağlı Venesuela hakimiyyəti tərəfindən geniş açıqlama verilməyib.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Venesuelada Prezident Sarayı ətrafında silah səsləri eşidildi Fotolar Video
06 Yanvar 2026 07:53
Somalidə Prezident sarayı yaxınlığında partlayış oldu
04 Oktyabr 2025 21:26
Dəməşqdə prezident sarayı yaxınlığında partlayış olub?
31 Dekabr 2025 03:07
Braziliyada çevriliş planı... Prezident bəyanat verib
29 Noyabr 2024 11:02
Baxış sayı:104
Bu xəbər 06 Yanvar 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















