Venesuelada Prezident Sarayı ətrafında silah səsləri eşidildi Fotolar Video
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin ABŞ tərəfindən tutularaq məhkəməyə çıxarılaraq sonra Venesuelada gərgin anlar yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, Miraflores Prezident Sarayının ətrafında çoxsaylı silah səsləri eşidilib və ərazidən motosikletlərin keçdiyi müşahidə olunub.
Vəziyyətin nəzarət altında olduğu bildirilsə də, silah səsləri səbəbindən vətəndaşlar arasında təşviş yaşanıb.
Yerli medianın məlumatına görə, təhlükəsizlik qüvvələri sarayın ətrafında icazəsiz uçan naməlum pilotsuz uçuş aparatlarına (PUA) atəş açıb. Yayılan videolarda silah səsləri eşidilir və ərazidən motosikletlərin keçdiyi görünür.
Hökumətə yaxın mənbələr Prezident Sarayı ətrafındakı vəziyyətin nəzarət altında olduğunu açıqlayıb.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 06 Yanvar 2026 07:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















