Venesuelalı parlamentarilər Ulu Öndərin məzarını və Zəfər parkını ziyarət ediblər
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
Ölkəmizdə səfərdə olan Venesuela Bolivar Respublikası Milli Asambleyasının sədr müavini, Venesuela-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Amerika Perez başçılıq etdiyi nümayəndə heyəti aprelin 3-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Newscenter.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə gül dəstələri düzüb.Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı, Azerbaycan-Venesuela parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tamam Cəfərova və digər rəsmi şəxslər müşayiət ediblər.
Süleyman
Bu mövzuda digər xəbərlər:“Caspian Agro” sərgisinin xarici qonaqları Ulu Öndərin məzarını, Şəhidlər Xiyabanını və Zəfər parkını ziyarət ediblər
15 May 2025 13:25
Rumıniya Parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Zəfər parkını ziyarət edib FOTOLAR
14 Aprel 2025 14:48
Mərakeş parlamentariləri Ulu Öndərin məzarını ziyarət ediblər
30 İyun 2025 14:33
Rumıniyalı qonaqlar Ulu öndərin məzarını ziyarət ediblər
15 Aprel 2025 11:18
Azərbaycan Könüllüləri Ulu Öndərin məzarını ziyarət ediblər
12 Dekabr 2024 18:49
Baxış sayı:87
Bu xəbər 03 Aprel 2025 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















