Azərbaycana təşəkkür edirik Fransa XIN rəhbəri
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro arasında telefon danışığı baş tutub.
SİA xəbər verir ki, telefon danışığı zamanı tərəflər Yaxın Şərq regionunda mövcud gərgin təhlükəsizlik vəziyyətini və artan hərbi eskalasiyasını müzakirə ediblər.
Nazirlər bölgədə vəziyyətin daha da kəskinləşməsinin regional və beynəlxalq təhlükəsizlik üçün ciddi risklər yaratdığını qeyd edib, diplomatik səylərin və dialoqun bərpa olunmasının vacibliyini vurğulayıblar.
Fransanın Avropa və xarici işlər naziri yaranmış mürəkkəb şəraitdə Fransa vətəndaşlarının İran İslam Respublikasından təxliyəsi prosesində Azərbaycan tərəfindən göstərilən dəstəyə görə təşəkkür ifadə edib və bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Tərəflər Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. İki ölkə Prezidentinin Kopenhagen görüşü nəticəsində, qarşılıqlı maraq doğuran sahələrdə dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıblar.
Mətləb Salahov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 03 Mart 2026 22:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















