“Venesuelaya qarşı əməliyyat hərbi əməliyyat deyil” Marko Rubio
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
“Vaşinqtonun Venesuelaya qarşı əməliyyatı hərbi əməliyyat deyil, hüquq-mühafizə orqanlarının əməliyyatıdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “The Washington Post” qəzetinə deyib.
“Bu, fərqli idi. Bu, hüquq-mühafizə orqanlarının əməliyyatı idi”, - deyə siyasətçi bildirib.
O, Venesuela lideri Nikolas Maduroya qarşı Nyu-Yorkun Cənub Dairəsi üzrə ABŞ Rayon Məhkəməsində ittihamların irəli sürüldüyünü qeyd edib.
Bundan əlavə, nəşrin məlumatına görə, Pentaqon Konqresə Venesueladakı əməliyyat barədə yalnız əməliyyat başa çatdıqdan sonra məlumat verib.
Lakin Rubio qeyd edib ki, Ağ Ev Karakas əleyhinə hərbi əməliyyatları əlaqələndirmək vədini pozmayıb və “Ədliyyə Nazirliyini dəstəkləmək” üçün hərəkət edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 04 Yanvar 2026 19:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















