“Sabah”a gələcək dedilər, Ukraynada qaldı
futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Adı “Sabah”la hallanan ukraynalı məşqçi Ruslan Rotanın yeni ünvanı məlum olub.
Futbolpress.az xəbər verir ki, “Aleksandriya”dan ayrılan mütəxəssis “Polissya” klubuna baş məşqçi təyin edilib. Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Ukrayna mətbuatı dünən Rotanın “Sabah”da baş məşqçi postuna namizəd olduğunu yazmışdı.

