Vens: Qəzzadan İsrail girovlarının cəsədlərinin qaytarılması vaxt aparacaq
Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Qəzza zolağında qalan 15 girovun qalıqlarının qaytarılmasının mürəkkəb iş olduğunu və bir gecədə baş verməyəcəyini deyib.
Missiya.Az "Report"a istinadən verdiyi xəbərə görə, o, bu barədə atəşkəs rejiminə nəzarət mərkəzində keçirilən mətbuat konfransında bildirib.
"Bu, mürəkkəbdir və bir gecədə baş verməyəcək. Onların bəziləri minlərlə funt dağıntılar altında basdırılıb. Bəzilərinin yeri hətta məlum deyil", - o əlavə edib.
Vens onu da qeyd edib ki, HƏMAS-ın demilitarizasiyası da müəyyən vaxt aparacaq. Onun sözlərinə görə, Vaşinqton lazımi təhlükəsizlik şəraitini və atəşkəsin həyata keçirilməsini təmin etmək üçün humanitar struktur yaratmaq üçün tərəfdaşlarla işləyir.


