Vensdən Putinlə bağlı inanılmaz sözlər: Təmkinli, ehtiyatlı...
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ vitse-prezidenti Cey Di Vens "Foks Nyus" telekanalına verdiyi müsahibəsində Rusiya Prezidenti Vladimir Putinlə şəxsi təmasları və ABŞ Prezidenti Donald Trampın Moskva ilə münasibətləri barədə diqqətçəkən bəyanatlar verib.
Axare.az Musavat.com-a istinadla xəbər verir ki, Vens Rusiya lideri ilə heç vaxt üzbəüz görüşmədiyini, lakin onunla bir neçə dəfə telefonla danışdığını bildirib.
Vitse-prezident Putinin gözləniləndən daha sakit tonla danışdığını vurğulayaraq onu olduqca təmkinli və çox ehtiyatlı bir siyasətçi kimi xarakterizə edib. Vens əlavə edib ki, Putin Rusiyanın milli maraqlarını öz anladığı şəkildə qorumağa çalışır və Rusiya liderinin Donald Trampa hörmətlə yanaşmasının əsas səbəbi də məhz budur:
"Düşünürəm ki, onun Birləşmiş Ştatlar Prezidentinə hörmət etməsinin səbəblərindən biri Trampın amerikalıların maraqlarını hər şeydən üstün tutduğunu bilməsidir".
Bununla yanaşı, Vens Tramp və Putinin bir çox məsələdə razılaşmadıqlarını və ABŞ liderinin dəfələrlə Rusiya prezidentini kəskin tənqid etdiyini xatırladıb.
Lakin vitse-prezidentin sözlərinə görə, Donald Tramp ABŞ üçün həyati əhəmiyyət kəsb edən əsas məqsədə — Yaxın Şərqdə və Ukraynada qan tökülməsinin qarşısını almağa nail olmaq üçün istənilən liderlə dialoqa girməyə hazırdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 18 Oktyabr 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















