Icma.az
close
up
RU
“Vensin İrəvana səfər Paşinyanın mövqelərini gücləndirir” ŞƏRH

“Vensin İrəvana səfər Paşinyanın mövqelərini gücləndirir” ŞƏRH

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Ermənistanın radikal müxalifəti və bu dairələrə bağlı eskpertlər Moskvadan aldıqları tapşırıq əsasında ABŞ vitse-prezidenti Ceyms Vensin Ermənistana səfərini və İrəvanda imzalanan sazişlərin əhəmiyyətini azatlmağa çalışırlar”.

Gununsesi.info bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Birincisi, Vens İrəvanda “soyqırım abidəsini” ziyarətiylə bağlı paylaşımını sildiyinə görə tənqid olunub. İkincisi, ABŞ-ın Ermənistanın nüvə enerjisi sektorunun inkişafına 9 milyard dollar sərmayə qoyayacağı şübhə altına alınıb. Aydındır ki, Vensin baş nazir Nikol Paşinyanla imzaladığı bu saziş Ermənistanın Rusiyadan enerji asılılığını azaltmaq məqsədi daşıyır. Ancaq Paşinyana müxalif olanların fikrincə, ABŞ layihəsinin reallaşacağı sual altındadır. Çünki, radikallar hesab edirlər ki, ABŞ-ın başqa ölkələrdə modul tipli atom elektrik stansiyaları inşa etmək təcrübəsi yoxdur və bu modulların istismarı baha başa gəlir. Radikalları o da qəzəbləndirib ki, Rusiya və Çin Ermənistanda daha ucuz qiymətə modul tipli atom elektrik stansiyalarının inşası təklifini verərkən, Nikol Paşinyan cəmiyyətlə məsləhətləşmədən daha bahalı Amerika varitantını seçib. Radikallar ABŞ-ın Ermənistana satacağı 6 milyon dəyərindəki dronların faydasız olduğunu da iddia ediblər. Çünki, həmin dronlar hücum deyil, kəşfiyyat xarakterlidir.

Erməni radikalların və onlarla əlaqəli ekspertlərin canfəşanlığı aydındır”,-deyə o əlavə edib.

Politoloq hesab edir ki, Vensin İrəvana səfəri və Ermənistana dəstəyi parlament seçkiləri öncəsi Nikol Paşinyanın mövqelərini gücləndirir:

“Bunu amerikalı rəsmilər heç gizlətmirlər də. Paşinyan ölkəsinin Rusiyanın asılılığından qurtulması üçün çalışır. Ona görə də İrəvan Rusiyanın “Rosatom” şirkətinin modul tipli atom elektrik stansiyasının inşası təklfinə deyil, ABŞ-ın eyni təklifinə üstünlük verib. ABŞ-ın Ermənistanda inşa edəcəyi modul tipli atom elektrik stansiyaları Rusiyanın idarə etdiyi “Metsamor” atom elektrik stansiyasını tədricən əvəz edəcək. O ki qaldı, ABŞ-ın Ermənistana satacağı kəşfiyyat karakterli pilotsuz uçuş aparatlarına, qonşu ölkə Azərbaycanla sülh quruculuğu prosesini davam etdirdiyinə görə İrəvanın hücum dronlarına ehtiyacı olmamalıdır”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Fevral 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri