Icma.az
close
up
RU
Ventilyator ürək tutmasına səbəb olur XƏBƏRDARLIQ

Ventilyator ürək tutmasına səbəb olur XƏBƏRDARLIQ

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

İsti havada ventilyatordan istifadə ürək tutmasına səbəb ola bilər.

Ölkə.Az xəbər verir ki, bu barədə Avstraliyanın Sidney Universitetində araşdırma aparılıb.
Araşdırma çərçivəsində 20 nəfər könüllü iştirakçı 39 dərəcə Selsi temperatur və 49% rütubətdə qurulmuş iqlim kamerasında 3 saatlıq dörd fərqli təcrübə keçib.

Sınaqların ikisində iştirakçılar təcrübədən əvvəl 24 saat ərzində tövsiyə olunan miqdarda su içib. Təcrübə zamanı iştirakçılara su içməyə də icazə verilib.

Digər iki sınaqda isə iştirakçılar susuzlaşdırılıb və su içmək, eləcə də yüksək sulu qidalardan istifadə etmək qadağan edilib.

Araşdırma "Emergency Medicine" jurnalında dərc olunub.

Tapıntılar göstərib ki, ventilyatorlar susuzlaşdırma hallarında ürəyin gərginliyini artırır və potensial olaraq infarkt keçirməyə səbəb olur.

Vurğulanıb ki, ventilyatorlar tərləməni 60% artırır və buna görə də susuzluq hallarında orqanizmə zərər verə bilər.

Doktor Konor Qraham ventilyatorla bağlı insanlara xəbərdarlıq edib:

“Həddindən artıq istidən dünyasını dəyişən bir çox insanın evlərində kondisioner yoxdur, lakin ventilyator var. Ventilyatorlar 39-40 dərəcə Selsiyə qədər olan temperaturda bədən istiliyini və ürəyin gərginliyini azalda bilər, lakin daha yuxarı temperaturda söndürülməlidir, çünki bədən həddindən artıq qızır və tərləmə ilə özünü lazımi dərəcədə soyuda bilmir”.

Mütəxəssislər xəbərdarlıq edir ki, sağlam insanlar üçün bu hədd 39 dərəcə Selsi olduğu halda, 65 yaşdan yuxarılar üçün 38 dərəcədən yuxarı temperaturda ventilyator istifadəsi risklidir.

Yaşlı insanlar, xüsusən sidik nəzarəti üçün antikolinerjik dərmanlar qəbul edənlər, hətta 37 dərəcədən yuxarı temperaturda belə ehtiyatlı olmalıdırlar.

İsti havadan qorunmaq üçün bir neçə üsul tövsiyə edirlər. Bunlara günəşli otaqlarda pərdələrin və pəncərələrin bağlı saxlanması, istilik vurmasının əlamətlərini öyrənmək və bu əlamətlər baş verdikdə necə müdaxilə etmək daxildir.

İstilik vurmasının simptomlarına həddindən artıq tərləmə, solğun və nəmli dəri, yorğunluq, zəiflik, başgicəllənmə, ürəkbulanma, əzələ və baş ağrısıdır.

Billurə Yunus
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Avqust 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri