Icma.az
close
up
RU
Verdiyiniz borcu geri ala bilmirsinizsə Bu yazını oxuyun!

Verdiyiniz borcu geri ala bilmirsinizsə Bu yazını oxuyun!

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Əlinlə ver, ayağınla axtar - Borc verənlərin vəziyyətini ifadə edən bu və ya digər oxşar məsəllər indi daha aktualdır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da borclanma iqtisadi münasibətlərin istiqamətlərindən birini təşkil edir. Əslində isə bu məsələ də qanunvericiliklə tənzimlənir. 

Maraqlıdır, bəs qanunla borc alıb-vermə necə həyata keçirilməlidir?

“Qafqazinfo” xəbər verir ki, Mülki Məcəllənin 739-cu maddəsi borc müqaviləsinin anlayışı və formasını müəyyən edir. Maddədə bildirilib ki, borc müqaviləsinə görə, borcverən pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borcalana verməyi öhdəsinə götürür. Borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

Borc məbləği 3 min manatdan çoxdursa, müqavilə yazılı formada bağlanmalıdır. Müqavilənin tərəflərindən biri hüquqi şəxs olduqda isə məbləğindən asılı olmayaraq, müqavilə yazılı formada tərtib edilməlidir.

Borcun gəlir əldə etmək məqsədilə verilməsi yalnız kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. Başqa sözlə, digər şəxslərin faizlə borc pul verməsi qanunla qadağandır. 

Məcəlləyə görə, borcalan borcu müqavilədə nəzərdə tutulan müddətdə və qaydada qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün qaytarılmış hesab olunur.

Həmçinin borcalan borcu müqavilədə nəzərdə tutulan müddətdə və qaydada borcverənə qaytarmalıdır. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməyibsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan 1 ay müddətində borcu qaytarmalıdır. 

Bundan başqa borcverən aşağıdakı hallarda borcun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər:

- Borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda;

- Borcun hissə-hissə qaytarılması nəzərdə tutulduqda vaxtı çatmış borcun 90 gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 gündən az olmamaqla);

- Borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcla əlaqədar təminat itirildikdə (borcverənin cavabdeh olmadığı hallarla) və yaxud dəyəri azaldığı hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda;

- Borc təyinatı üzrə istifadə olunmadıqda və digər hallarda.

Ceyhun Həmid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Mart 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri