Icma.az
close
up
RU
Arıqlamaq istəyərkən yol verdiyiniz 5 SƏHV

Arıqlamaq istəyərkən yol verdiyiniz 5 SƏHV

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yay gəlir, çimərlik mövsümü açılır. İstər bəylər, istərsə də xanımlar əllərindən gələni edirlər ki, bir neçə kilo çəki itirərək mükəmməl görünüşə malik olsunlar.

Lakin bu zaman çox incə və diqqətdən qaçırdıqları 5 səhv onların tam əksinə, kilo almalarına xidmət edir. Bu səhvlərdən qaçmaq istəyirsinizsə, bu yazını diqqətlə oxuyun.

Publika.az arıqlamaq istəyənlərin yol verdiyi 5 səhvi təqdim edir:

Pəhriz zamanı doğru bilinən 5 səhvdən biri sürətli arıqlamaq üçün yeməkdən imtina etməkdir.

Ac qalım, mədəm kiçilsin

Gün ərzində orqanizm üçün ən mühüm olan, lakin ən çox laqeydlik göstərilən məhz qidalanmadır. Yuxu zamanı uzun sürən aclıqdan sonra tezdən səhər yeməyi yemək günə ac-susuz, dəli, gərgin vəziyyətdə başlamaqdan daha yaxşıdır. Heç kim sizə yağlı qidalar yeməyi tövsiyə etmir. Az-az yeyin, gündə 3 dəfə sağlam qidalanın.

Bu gün yeyim, sabahdan pəhrizdəyəm

Bu sözlərlə özünüzü aldatmayın. Kekslər, piroqlar əla növ yağlı kabablar yemək sizin ən azı 1 həftə geri salacaq. "Can boğazdan gəlir" deməyin, eyni can məhz elə boğazdan da gedir. Zarafatlarla iştahınıza haqq qazandırmağa çalışmayın. Heç kim sizə tikənizin hesabını tutun demir. Yazda gözəl bədən quruluşuna sahib olmaq, mağazalarda "S", "M" ölçülərdəki gözəl libaslara yaxınlaşmaq istəyirsinizsə, bu məhsullardan uzaq durun.

"Light "məhsullar

Bir məhsulun üzərində "liqht" yazısını görürsünüzsə, bilin ki, siz onu görənə qədər bu məhsul çox sayda prosedurdan keçərək təbiiliyini itirib. Onun tərkibində sizə faydalı, orqanizmin ehtiyacı olan heç bir şey yoxdur. Hər zaman təbii olan məhsullara üstünlük verin.

Arıqlama çayı ilə gələn incəlik

Bazarda satılan arıqlama çaylarından uzaq durun. Müxtəlif marketinq texnikləri tərəfindən bazara təqdim olunan bu çaylar sizi arıqlatmır. Əksinə, böyrəklərinizi sıradan çıxarır. Sadəcə çay əvəzinə suya üstünlük verin, nanə dəmləyin, zəncəfil için, bu sizin 7 sm-ə qədər incəlməyinizə kömək edəcək.

Su içmək doğrudur, amma qədərində

Su həyat mənbəyidir. Bədənimizin böyük əksəriyyəti mayedir. İnsan orqanizminin suya olan tələbatı heç vaxt bitməz, xüsusilə də yaya aylarında bu daha da artır. Bol su istehlak etmək olduqca faydalıdır. Tez-tez su içmək metabolizmanı sürətləndirir və daha tez, rahat şəkildə kilo vermənizə kömək edir. Lakin bir səhv etdiyiniz məqam var. Bir dəfəyə orqanizmə 1 litr su istehlak etmək olmaz. Bu, zərərlidir. Gün ərzində ən azı 8-10 stəkan su için. Bu sutka ərzində çəkinizə uyğun suyun tələbatını qarşılayacaqdır.

Başqalarının pəhrizlərini tətbiq etməyin

Hər kəs üçün eyni nəticəni verəcək pəhriz yoxdur. Elə bir həkim də yoxdur. Hər kəsin fərqli orqanizmi olduğu üçün, yazılan pəhrizlər məhz sizə özəl olaraq seçilir. Ətrafınızdakı insanların sizdən tez arıqladıqlarını görüb onların pəhrizlərinə əməl etməyə qaçmayın. Aclıq və məhrumiyyət tələb edən pəhrizlərdən uzaq durun! Mütəxəssislərin sizə yazdığı pəhriz sizin bədəninizə ən yaxşı nəticə verəcək şəkildə hazırlanmışdır. Əmin olun. Sadəcə iradəli olun və artıq çəkilərdən qurtulun.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri