Icma.az
close
up
RU
Vərəm xəstəliyinə niyə kişilər daha çox YOLUXUR?

Vərəm xəstəliyinə niyə kişilər daha çox YOLUXUR?

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycanda vərəm xəstələrinin təxminən üçdə ikisini kişilər, üçdə birini isə qadınlar təşkil edir”.
Bu sözləri Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova açıqlamasında qeyd edib.
Maraqlıdır ki, bu göstəricinin səbəbləri nələrdir?
Vərəm daha çox ağciyərə təsir etdiyi üçün ağıla ilk olaraq siqaret istifadəçilərinin daha çox kişilər olması gəlir. Bəs tək səbəb budur? Problemin görünməyən tərəfləri nələrdir?
Bizim.Media mövzuyla bağlı pulmonoloq Əsəd Beydullayevin fikirlərini öyrənib.
O bildirib ki, vərəm xəstələrinin daha çox kişilər olmasının tam izahı olmasa da, buna bəzi amillər təsir edir:

“Vərəm xəstəliyi hava damcı yoluyla insandan insana keçən infeksion yoluxucu xəstəlikdir.  Kişilər də çöldə daha çox vaxt keçirirlər, insanlarla sıx kontaktda olurlar. Buna görə də vərəmə yoluxan kişilərin sayı daha yüksəkdir”.
“Sulu qəlyanlar vərəmə səbəb ola bilər...”
Həkimin sözlərinə görə vərəm təkcə yoluxma ilə meydana çıxmır, eyni zamanda, insanın immunitetinin zəif olmasıyla da əlaqədardır:
“O bütün orqanları, ilk növbədə ağciyəri zədələyir. Siqaret isə xüsusilə ağciyər immunitetini ciddi zəiflədən amillərdən biridir. Həmçinin son dönəmlərdə istifadə olunan sulu qəlyanlar da vərəm yaradan səbəblərdən biridir. Onun ucluğu dəyişsə də, boru eyni qalır. Xəstəliyin o boru vasitəsilə keçmə ehtimalı var”.
Nəzərə alaq ki,  tikinti, mədən, sənaye sahələrində işləyənlərin böyük bir qismi kişilərdir. Bəs bu, onların vərəmə yoluxmasına təsir edir?
Müsahibimiz bunu təsdiq edərək bildirib ki, tez-tez tozlu məkanlarda olmaq, kimyəvi qazlarla kontakt ağciyəri zəiflədir:

 “Tikinti, mədən, ağır fiziki işdə işləmək, düzgün qidalanmamaq, siqaret aludəçiliyi vərəmə yoluxmaya səbəb ola bilər”.
Əsəd Beydullayev sonda vətəndaşlara xəbərdarlıq edərək onları diqqətli olmağa çağırıb:
“Yaxınlarınızda çəkisi azalan, davamlı öskürən, gecələr tərləyən, temperaturu yüksələn insanlar varsa, artıq vərəm şübhəsi meydana gəlir. Onlar təcili olaraq ağciyər həkiminə göstərilməli, diaqnoza uyğun müalicə almalıdır”.
Qeyd edək ki, Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundovanın sözlərinə görə, Azərbaycanda vərəmə yoluxan uşaqların sayı isə azalma müşahidə olunur. Belə ki, 2024-cü ildə 278 uşaq vərəm xəstəsi olsa da, 2025-ci ildə bu rəqəm 198 olub.
Nəzrin Mirzəyeva, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Mart 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri