Vərəsəliklə bağlı bunları mütləq bilməlisiniz KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Valideyn vəfat etdikdən sonra onun əmlakının kimə və necə qalacağı tez-tez mübahisə və suallar yaradan məsələlərdən biridir. Xüsusilə də ölən ataya məxsus evin yalnız ananın qərarı ilə bir övladın adına keçirilib-keçirilməməsi bir çox ailələr üçün aktual mövzudur. Bəs ana təkbaşına qərar verərək evi istədiyi övladın adına keçirə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Toğrul Məmmədov bildirib ki, belə hallarda bütün vərəsələrin hüquqları nəzərə alınmalıdır.
Onun sözlərinə görə, ilk növbədə vərəsəlik işi açılmalı və bunun üçün notariusa müraciət edilməlidir:
“Vərəsəlik məsələsində bütün qanuni vərəsələr pay sahibi sayılır. Vərəsəlik işi açıldıqdan sonra digər vərəsələr istədikləri halda bir nəfərin xeyrinə imtina edə bilərlər. Bunun üçün notariusa sadə ərizə ilə müraciət olunur və proses həmin qaydada yekunlaşır. Yəni təkcə ananın razılığı kifayət etmir, digər vərəsələrin də mövqeyi nəzərə alınmalıdır”.
Hüquqşünas qeyd edib ki, əgər ev ər-arvadın birgə nikah dövründə əldə olunubsa, həmin əmlakın yarısı birbaşa anaya məxsus sayılır.
“Belə olduqda əmlakın yarısı anaya verilir. Qalan yarısı isə ana və digər vərəsələr arasında bölünür. Yəni ana bütün evi təkbaşına istədiyi övladın adına keçirə bilməz. Bunun üçün digər vərəsələrin də razılığı və ya imtinası olmalıdır”, – deyə o, vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
Baxış sayı:154
Bu xəbər 12 Mart 2026 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















