Icma.az
close
up
RU
Vergi güzəştinin ləğvi hibrid avtomobillərini nə qədər bahalaşdıracaq? AÇIQLAMA

Vergi güzəştinin ləğvi hibrid avtomobillərini nə qədər bahalaşdıracaq? AÇIQLAMA

Icma.az bildirir, Avtosfer portalına istinadən.

2026-cı ilin büdcə zərfinə əsasən, gələn ilin ilk günündən etibarən Azərbaycanda hibrid və "plug-in" hibrid avtomobillərə tətbiq edilən vergi güzəştləri ləğv olunur.

Belə ki, 2026-cı ilin yanvarın 1-dən yalnız tam elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək. Güzəştlərin ləğv edilməsinin avtomobil qiymətlərinin artmasına təsir edəcəyi bimənalıdır.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə heyətinin sədri Eyyub Əliyev öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, güzəştlərin ləğv edilməsi qiymətlərə təsir göstərəcək, çünki avtomobilin dəyərinin üstünə həmin vergi məbləği də əlavə olunacaq. Ekspert bildirib ki, ölkəyə idxal edilən hibrid avtomobillərin qiymətində təqribən 20 faizə qədər artımın olacağı gözlənilir:
“Lakin sevindirici hal ondan ibarətdir ki, elektrikli avtomobillərə bu güzəşt davam edəcək. Bu, əlbəttə ki, ölkə cənab Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqrama əsasən həyata keçirilir. Proqramın 5-ci bəndini “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” təşkil edir. Bu proqram çərçivəsində təmiz ətraf mühitə, yaşıl artıma nail olmaq üçün nəqliyyat sektorunda avtomobil parkının yenilənməsi istiqamətində xeyli işlər görüldü. Həmin dönəmdə Azərbaycanda avtomobil parkının 86%-dən çoxu yaşı 10 ildən yuxarı olan köhnə avtomobillər idi. Bu proqram çərçivəsində elektrik və hibrid avtomobillərə xüsusi güzəşt tətbiq olundu, utilizasiya başladı və nəqliyyat sektrorunda avtoparkın yenilənməsi istiqamətində mühüm addımlar atıldı”.
Mütəxəssis söyləyib ki, bu gün də elektrikli avtomobillərə güzəştlərin davam etdirilməsi bu proqramdan irəli gələn addımlardır: “Ümid edirəm ki, bu, nəinki 2026-cı ilə, həmçinin 2030-cu ilə qədər davam edəcək və biz həm avtoparkımızı yeniləmiş olacağıq, həm də ekologiyamızı qorumuş olacağıq”.(iqtisadiyyat.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 27 Oktyabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri