Icma.az
close
up
RU
Bələdiyyəyə nə qədər vergi ödəməliyik? AÇIQLAMA KONKRET

Bələdiyyəyə nə qədər vergi ödəməliyik? AÇIQLAMA KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son zamanlar bələdiyyələrin aktivləşməsi, bələdiyyə vergilərinin toplanması ilə bağlı tədbirlərin genişləndirilməsi müşahidə edilir. Ancaq əhali arasında bu istiqamətdə məlumatlılığın təmin edilməməsi səbəbindən onlarda xeyli suallar yaranıb.

Bələdiyyələr əmlak və torpaq vergisini necə hesablayırlar, vətəndaşlar vergiləri vaxtında ödəmədikdə bələdiyyələr hansı addımları ata bilərlər?

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı vergi mütəxəssisi, sərbəst auditor Altay Cəfərov əmlak vergisinin hesablanması və ödənilməsi qaydalarına aydınlıq gətirib.

A.Cəfərov bildirib ki, vergi Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, yerli vergilər, yəni bələdiyyə vergiləri aşağıdakılardır:

” – Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi;

– Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda, fiziki şəxslərin əmlak vergisi;

– Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.

Əmlak vergisinin hesablanması Vergi Məcəlləsinin 198 və 200-cü maddələri ilə tənzimlənir. Eləcə də hesablama zamanı Bakı şəhərindəki əmlaklar üçün istifadə edilən zonalar üzrə əmsallar Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli Qərarına uyğun müəyyən olunur.

Vergi Məcəlləsinin 198.1-ci maddəsinə əsasən, fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:
– onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə – binaların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq edilir (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə)”.

A.Cəfərov bildirib ki, vətəndaşlara Bakı şəhərində bələdiyyələr tərəfindən əmlak vergisi hesablanan zaman zonalar üzrə əlavə əmsallar tətbiq edilir: “Həmin əmsallar Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə” Qərarı ilə müəyyən olunub və Bakı şəhəri 12 zonaya bölünüb. Paytaxtda 0,7-1,5 hədlərində əmsallar tətbiq edilir. Ən yüksən zona birinci, ən aşağı isə 12-ci zonadır”.

Həmin Qərarın 1-ci bəndinə əsasən, Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar aşağıdakı cədvələ uyğun müəyyən edilir:

Nə qədər əmlak vergisi ödəməliyik?

A.Cəfərov bu əmsallar nəzərə alınmaqla Bakıda və digər regionlarda xüsusi mülkiyyətdə olan evlərə və mənzillərə görə əmlak vergisinin hesablanması qaydasını da açıqlayıb: “Tutaq ki, vətəndaşın Bakı şəhərində 1-ci zonada (şəhərin mərkəzində) 200 kvadratmetr mənzil sahəsi var. Həmin əmlaka görə bələdiyyəyə ödənilməli verginin məbləği belə hesablanacaq:

200 – 30 = 170 kv.metr;
170 x 0,4 = 68 manat;
68 x 1,5 = 102 manat.

Deməli, həmin mənzilə görə əmlak sahibi illik 102 manat əmlak vergisini bələdiyyəyə ödəməlidir.

Əgər vətəndaşın 200 kvadratmetr sahəsi olan mənzili Gəncə şəhərindədirsə, onun əmlak vergisinin məbləği 51 manat təşkil edəcək:

(200 – 30) x 0,3 = 51 manat.

Qəbələ şəhərində yaşayan vətəndaşa məxsus 200 kvadratmetr sahəsi olan mənzilə görə əmlak vergisinin məbləği isə 34 manat olacaq:

(200 – 30) x 0,2 = 34 manat.

Məbləğlərin fərqli olması regionlar üzrə tətbiq edilən əmsalların dəyişməsi ilə bağlıdır”.

Yuxarıda göstərilən qaydalar və hesablamalar yaşayış sahələrinə aiddir. Bəs qeyri-yaşayış sahələrinə görə əmlak vergisi necə hesablanır? A.Cəfərov bu suala da aydınlıq gətirib: “Bu məsələ də Vergi Məcəlləsi ilə tənzimlənir. Məcəllənin 198.1.1-ci maddəsinin tələblərinə əsasən, yaşayış sahələrinə görə 30 kvadratmetr sahə vergidən azaddır. Ancaq bu, qeyri-yaşayış sahələrinə aid deyil. Ona görə də obyektlərin tam ölçüsü əmlak vergisinə cəlb edilir. Tutaq ki, vətəndaşın Bakı şəhərində 3-cü zonada 150 kvadratmetr qeyri-yaşayış sahəsi (icarəyə verdiyi obyekti) vardır. Onun əmlak vergisi bələdiyyə tərəfindən aşağıdakı qaydada hesablanacaq:

150 x 0,4 = 60 manat;

60 x 1,3 = 78 manat.

Deməli, qeyd olunan şərtlər daxilində həmin obyektin illik əmlak vergisi 78 manatdır”.

Bələdiyyələr əmlak vergisini necə toplayırlar?

Vergi Məcəlləsinin 200-cü maddəsinə əsasən, binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisinin hesablanması və ödənilməsi qaydası belə müəyyən edilib:

– Binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.

– Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.

– Cari il üçün verginin məbləği bərabər hissələrlə – həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.

– Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.

Mütəxəssis bildirib ki, bələdiyyələr sadalanan müddəalara əsaslanaraq, 2025-ci il üçün Vergi Məcəlləsinin 198-ci maddəsində olan prinsiplər əsasında əmlak vergisini hesablamalı və tədiyə (ödəniş) bildirişini vətəndaşa avqustun 1-nə kimi təqdim etməlidirlər. Yəni,bələdiyyələr yanvar ayının ilk iş günündən başlayaraq son tarixə – avqustin 1-nə kimi tədiyə bildirişləri verməlidirlər. Vətəndaşlar da əmlak vergisini bərabər hissələrlə, yəni yarıbayarı – 15 avqusta və 15 noyabra qədər bələdiyyəyə nağdsız qaydada ödəməlidirlər”.

Vergi borcuna görə faizlər

Bir çox hallarda bələdiyyələrin vətəndaşlara təqdim etdiyi tədiyə bildirişlərində faizlərin hesablandığının şahidi oluruq. Bəs ödəmələrin gecikdirilməsinə görə bələdiyyələrin faiz hesablamaq səlahiyyətləri varmı?

Vergi Məcəlləsinin 59.1-ci maddəsində göstərilib ki, vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Bu müddəa bələdiyyələrə də aiddirmi?

Suala aydınlıq gətirən A.Cəfərov bildirib ki, vergilər vaxtında ödənilmədikdə hər gün üçün 0,1% faiz hesablanır: “Vergi Məcəlləsinin 4-cü maddəsində Azərbaycan Respublikasında tətbiq olunan 3 vergi müəyyən edilib. Onlardan biri yerli, yəni bələdiyyə vergiləridir. Ona görə də bələdiyyələr də Məcəllənin 4-cü və 59-cu maddələrinə əsaslanaraq, ödənişi gecikdirilən əmlak və torpaq vergisinə görə hər gün üçün 0,1% faiz hesablaya bilərlər. Bu hesablama üçün maksimal müddət 365 gündür”.

Neçə ilin vergisini ödəməliyik?

Vətəndaşları və bələdiyyələri maraqlandıran məsələlərdən biri də fiziki şəxslər tərəfindən ödənilməyən vergilərin son tələbetmə müddətidir. Bu məsələ ilə bağlı bir çox mütəxəssislər tələbetmə müddətinin 3 il və ya 5 il olduğunu bildirir və əsas kimi Vergi Məcəlləsinin 85-ci maddəsini göstərirlər. Həmin maddədə vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və onların dəyişdirilməsi ilə bağlı məqamlar yer alıb. A.Cəfərovun fikrincə, həmin qaydalar bələdiyyələrə aid edilmir: “Sadə formada desək, Vergi Məcəlləsinin 85.4-cü maddəsində vergilərin 3 il ərzində yenidən hesablanması və 5 il ərzində tutulması, yəni alınması hüququ verilib. Ancaq bu qaydaların bələdiyyələrə aidiyyəti yoxdur. Belə ki, həmin maddənin başlanğıcında “vergi orqanları …” ifadəsi yer alıb. Ona görə də həmin tələblərdən ancaq vergi orqanları istifadə edə bilərlər. Bələdiyyələr isə vergi orqanları deyil, yerli özünüidarəetmə orqanıdır. Bələdiyyələrin tərkibində vergi şöbələri, vergi departamentləri yaradıla bilər, ancaq onlar vergi orqanları sayılmır. Vergi orqanları dedikdə isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və onun qurumları nəzərdə tutulur”.

A.Cəfərov əlavə edib ki, normativ hüquqi aktlarda əmlak vergisi borclarının tələbolunma müddəti ilə bağlı konkret tələblərə rast gəlinmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində iddia müddətləri ilə bağlı tələblər yer alıb. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 372.2-ci maddəsində isə göstərilib ki, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət – iddia müddəti sayılır. Məcəllənin 373-cü maddəsində isə iddia müddətləri belə müəyyən olunub:

– ümumi iddia müddəti on il təşkil edir;

– müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;

– vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir;

– tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər;

– Məcəllənin müvafiq fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.

“Məcəllənin 373.3.-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn iddia müddəti 3 il nəzərdə tutulub. Vətəndaşlar tərəfindən bələdiyyə vergilərinin ödənilməsi də vaxtaşırı icra edilməli öhdəlik kimi qəbul olunur. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən, istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də istənilən hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Odur ki, bələdiyyələr tərəfindən fiziki şəxslərdən ödənilməyən vergilərin ödənilməsini tələb etmək hüququ kimi iddia müddətini 3 il olaraq müəyyənləşdirmək mümkündür”, – A.Cəfərov vurğulayıb./milliaz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:46
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 Yanvar 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see140

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see126

İsrailin Türkiyə QORXUSU: Nə baş verir? KONKRET

16 Aprel 2025 17:26see124

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see124

II Liqa: Vüqar Nadirovlu Şəmkir darmadağınla liderlərə yaxınlaşdı

16 Aprel 2025 20:01see123

ABŞ Çini təhdid etdi

16 Aprel 2025 11:33see122

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see119

Ümumi və məktəbədəqədər təhsil müəssisələrində təlim tədris prosesi ənənəvi qaydada davam edəcək

16 Aprel 2025 10:24see118

Yüksək Liqa: Finalçılar bəlli oldu

17 Aprel 2025 21:21see118

Bankların yüksək komissiya haqqı: Qiymətləri də yüksəldir

16 Aprel 2025 11:33see117

TBMM sədr müavininin ölüm təhlükəsi hələ də davam edir

17 Aprel 2025 18:33see117

Səhər acqarına limonlu su için Faydası çoxdur

17 Aprel 2025 06:07see116

Hərbi çağırışdan yayınmaya qarşı yenilik Xidmət yeni qanunla bağlı açıqlama yaydı

16 Aprel 2025 10:27see113

Venesuela səfiri “ASAN xidmət”də

16 Aprel 2025 09:50see113

Arda Real Madrid , ya da Barselona nı çalışdıracaq Klub prezidenti AÇIQLADI

16 Aprel 2025 11:44see113

Turist sahildə yadplanetli tapdı

16 Aprel 2025 17:00see112

DİM ə ağır ittihamlar: “Xərcə düşməmək üçün uşaqları riskə atıb”

16 Aprel 2025 12:39see112

Gənclik hormonu Somatropin nədir Necə artıraq?

17 Aprel 2025 18:44see112

Rusiya Federasiya Şurasından Avropa İttifaqına sərt cavab

16 Aprel 2025 09:13see111

Super Liqa və aşağı liqalarda komanda sayları azaldılır

18 Aprel 2025 01:05see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri