Icma.az
close
up
RU
Vergi güzəştləri, ən azı, daha 7 il uzadılmalıdır İqtisadçı

Vergi güzəştləri, ən azı, daha 7 il uzadılmalıdır İqtisadçı

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycanda 7 ildir ki, qeyri-neft və qeyri-dövlət sektorlarında çalışan fiziki şəxslərin gəlir vergisinə güzəştlər tətbiq edilir. Əslində güzəştə görə vergilər sıfırlansa da, əvəzində Dövlət Sosial Müdafiə Fonduna ödənişlər artıb. Bu ilin sonunda güzəştlərin müddəti bitir. Nə maliyyə nazirliyi, nə də hökumətin digər rəsmi qurumları vergi güzəştlərinin uzadılacağı ilə bağlı heç bir məlumat vermirlər. Məmləkətin gəlirləri azalıb, xərcləri artıb. Belə olanda adətən, biznes üçün fürsətlər genişləndirilir ki, iqtisadi aktivliyin yüksəlməsi vergi daxilolmalarını artırsın. Ancaq buna gedilmir”.

İqtisadçı ekspert Natiq Cəfərli bunu 525.az-a söyləyib. O qeyd edib ki, cərimələrin, vergilərin, kommunal ödənişlərin artırılması yolu ilə büdcəyə daxil olan vəsaiti çoxaltmaq istəyirlər. Bu yanlış yoldur, iqtisadiyyatı daha da daraldacaq, insanların gəlirlərini azaldacaq yoldur. Gəlir azalanda xərcləmələr də azalır – deməli, iqtisadi aktivlik aşağı düşür, ÜDM artımı zəifləyir, rifah səviyyəsi enir:

“Bu yol seçilmədiyi üçün Azərbaycanda bu ilin ilk 8 ayında ÜDM artımı cəmi 0,9 faiz olub ki, bu əslində ressesiya göstəricisidir. İqtisadi aktivliyin zəifləfləməsi ona gətirdi çıxartdı ki, Azərbaycan adambaşına düşən ÜDM-ə görə Cənubi Qafqazda sonuncu yerə düşdü. Hökumət fiziki şəxslərin vergi güzəştlərini ləğv etsə, maaşdan (gəlirdən) 14 faiz vergi sisteminə geri dönsə, bu yanlışın kubu olacaq. Həmən “boz əmək bazarı” yenidən artacaq, rəsmi müqavilələrlə çalışanların sayı azalacaq, rəsmi müqavilədə göstərinlən maaşla real maaş arasında ciddi fərq yaranacaq, kiçik-orta sahibkarlar daha çox işçini ixtisara salmağa məcbur olacaq. Fiziki çəxslərə 14 faizlik vergini geri qaytarsalar, məntiqlə, DSMF ödənişlərini kəskin azaltmalıdırlar, bu zaman da Sosial Müdafiə Fonduna toplanan vəsait ciddi azalacaq, onlara ödənilən dotasiyanı artırmaq məcburiyyəti yaranacaq. Yəni, hökumət vətəndaşdan vergini artıq yığıb, həmin vəsaiti DSMF-yə ötürməli olacaq, yəni, “yazı-pozu işi”, vətəndaşın dövlətdən-hökumətdən incikliyi artacaq. Ona görə də, hökumət papağını qabağına qoyub bir daha düşünməlidir – anlayıram, ölkənin gəlirləri azalıb, xərclər çoxalıb, amma o xərcləri vətəndaşın cibi hesabına qarşılamaq cəhdi uğursuz olacaq, iqtisadiyyat zatən daralır, bu addımdan sonra daha da kiçiləcək. Ona görə də, bu vergi güzəştləri, ən azı, daha 7 il uzadılmalı, paralel olaraq da iqtisadi azadlıqlar genişləndirilməlidir”.

Sevinc QARAYEVA
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Sentyabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see198

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see182

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see160

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see156

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see152

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see149

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see147

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see139

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri