Icma.az
close
up
RU
Maaşlar 7% azala bilər İqtisadçı

Maaşlar 7% azala bilər İqtisadçı

Icma.az bildirir, Metbuat portalına istinadən.

2026-cı ildə Azərbaycanda fiziki şəxslərin gəlir vergisi artacaq. Bəs bu, işçilərin maaşına necə təsir edəcək?

İqtisadçı ekspert Xalid Kərimli Metbuat.az-a açıqlamasında bu məsələyə aydınlıq gətirib.

O bildirib ki, həm şirkətlərin, həm də vətəndaşların vergi yükü artacaq:

“2019-cu ilin yanvarından etibarən dövlət yeni bir vergi güzəşti elan etdi. Güzəştin məqsədi işəgötürənlərin işçilərin əməkhaqlarını rəsmiləşdirməsinə və vergilərin ödənilməsinə marağını artırmaq idi. Bunun üçün yalnız özəl sektor, yəni qeyri-dövlət və qeyri-neft sektoru üçün yeddi illik vergi güzəşti tətbiq olundu. Neft sektorunda olmayan bütün özəl şirkətlər bu güzəştdən istifadə etməli oldu. Lakin bu müddət 2026-cı ildə başa çatır və hökumətin güzəşti uzatmaq niyyəti olmadığı proqnozlaşdırılır. Çünki dövlət bu qərarla daha çox gəlir vergisi toplayacağını hesablayır. Bu o deməkdir ki, həm şirkətlərin, həm də vətəndaşların vergi yükü artacaq”.

X.Kərimli qeyd edib ki, hazırda maaşlardan ümumilikdə 12,5% tutulur:

“Hazırda işçilər maaşlarından 2% icbari tibbi sığorta, 0,5% işsizlik sığortası və 10% pensiya fonduna ödəyirlər. Güzəşt başa çatdıqdan sonra isə 14% gəlir vergisi də əlavə olunacaq. Beləliklə, özəl sektorda çalışan işçilərin vergi yükü dövlət sektorunda işləyən müəllim və digər işçilərlə eyni olacaq. Digər tərəfdən, hazırda pensiya fonduna ödənilən 10% vəsait şəxsi pensiya kapitalını artırır. Yeni sistemdə bu göstərici 3%-ə düşəcək, lakin əlavə olaraq 14% gəlir vergisi tutulacaq. Bu isə xalis maaşın, yəni işçinin əlində qalan məbləğin təxminən 7% azalması deməkdir. Şirkətlər üçün də eyni qaydada vergi yükü artacaq”.

İqtisadçı əlavə edib ki, nəticədə, əgər hökumət 7 illik güzəşt müddətini uzatmasa, həm işçilərin xalis maaşı azalacaq, həm də işəgötürənlərin öhdəlikləri artacaq.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 18 Sentyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri