Icma.az
close
up
RU
Vergi və Mühasibatlıq Zirvə Toplantısının spikerləri bəlli oldu

Vergi və Mühasibatlıq Zirvə Toplantısının spikerləri bəlli oldu

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Facemark" və "Good Finance" şirkətlərinin təşkilatçılığı ilə 1 mart 2025-ci ildə "Baku Marriott Boulevard Hotel"də "Vergi və Mühasibatlıq Zirvəsi 2025" (VMZ2025) keçiriləcək. "Hesabın gücü" şüarı altında baş tutacaq bu tədbir ölkəmizdə üçüncü dəfə təşkil olunur.

Vergi və mühasibatlıq sahəsində baş verən yenilikləri müzakirə etmək, strateji qərarlar qəbul etmək və peşəkar təcrübələri bölüşmək istəyən mütəxəssislər üçün VMZ2025 əvəzolunmaz bir platformadır. Tədbir çərçivəsində üç əsas panel müzakirəsi zamanı peşəkar moderator və spikerlər ən aktual qanunvericilik dəyişikliklərini, mühasibatlıq sahəsində tətbiq edilən yeni metodologiyaları və maliyyə risklərinin idarə olunması strategiyalarını müzakirə edəcəklər.

Tədbirin açılış nitqi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov tərəfindən ediləcək.

Panellərimiz, moderator və spikerlərimizlə tanış ola bilərsiniz.

Maliyyə riskləri və uçot

Moderator: Vüsal Səlimov - "Good Finance" MMC-nin direktoru

Spikerlər: Fuad Əliyev (Maliyyə Monitorinqi Xidməti), Rüfət Əliyev (A Audit and Consulting MMC, Auditor), Orxan Yusifov - (Facility Management Qrupun CFO-su), Xalid Cəfərov - (Meslehetci.az konsaltinq şirkətinin həmtəsisçisi)

Peşəkar Mühasib Sertifikatı: Qızıl bilet, yoxsa məcburiyyət?

Moderator: Elsevər İbadov - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Milli Aerokosmik Agentliyinin Maliyyə və mühasibat uçotu şöbəsinin rəisi

Spikerlər: Teymur Əşrəf ("Good Finance" MMC, vergi konsultantı), Faiq Abdulla (DİM, PMS imtahanları üzrə aparıcı məsləhətçi)

Vergilər: Menecment və Vizyon

Moderator: Elçin Əkbərov - "Consulting Group" MMC-nin həmtəsisçisi və direktoru

Spikerlər: Sirac Piriyev (Vəkillər Kollegiyası, Hüquqşünas), Anar Bayramov (Bizcon Audit MMC, Auditor), Günel Sadıyeva (PwC Azerbaijan, Vergi direktoru), Namiq Dərgahov (Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəis müavini), Əvəz Quliyev (Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini)

Bu panellər iştirakçılara bilik və təcrübə qazandırmaqla yanaşı, sahənin peşəkarları arasında şəbəkələnmə və yeni əməkdaşlıqlar üçün unikal imkan yaradacaq. Panel müzakirələri zamanı iştirakçılar real təcrübələr, praktik nümunələr və uğurlu biznes modelləri ilə tanış olacaq, aktual problemlərin həlli yollarını müzakirə edəcəklər. Tədbirdə iştirak edərək vergi və mühasibatlıq sahəsində ən son yenilikləri öyrənə, aparıcı mütəxəssislərlə əlaqələr quraraq sektorda mövqeyinizi gücləndirə və biznesiniz üçün dəyərli biliklər əldə edə bilərsiniz. Bundan əlavə, interaktiv müzakirələr və sual-cavab sessiyaları vasitəsilə iştirakçılar sahə üzrə ekspertlərin tövsiyələrindən birbaşa faydalana biləcəklər.

Vergi və mühasibatlıq sahəsinin peşəkarlarını VMZ2025-ə qoşulmağa dəvət edirik!

Tədbir haqqında daha ətraflı məlumat almaq və iştirak etmək üçün zirvənin rəsmi saytına (www.vmz.az) və sosial media hesablarına keçid edə bilərsiniz.

https://www.instagram.com/vmzbaku/

https://www.facebook.com/vmzbaku/

https://www.linkedin.com/company/vmz-baku/?viewAsMember=true

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Fevral 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri