Icma.az
close
up
RU
III Vergi və Mühasibatlıq Zirvəsi uğurla yekunlaşdı

III Vergi və Mühasibatlıq Zirvəsi uğurla yekunlaşdı

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Facemark" və "Good Finance" şirkətlərinin təşkilatçılığı ilə 1 mart 2025-ci ildə Gülüstan sarayında "Vergi və Mühasibatlıq Zirvəsi 2025" (VMZ2025) keçirildi. "Hesabın gücü" şüarı altında baş tutacaq bu tədbir ölkəmizdə üçüncü dəfə təşkil olunur.

Zirvədə vergi sahəsinin tanınmış ekspertləri, mühasibatlıq üzrə beynəlxalq mütəxəssislər və müxtəlif şirkətlərin rəhbərləri iştirak edib.

Əsas məqsədi vergi və mühasibatlıq sahəsindəki çətinlikləri və yeni tələbləri analiz edərək yerli və beynəlxalq təcrübələri paylaşmaq olan tədbir həmçinin, mühasibatlıq və vergi sistemlərinin inkişafına dair innovativ yanaşmaları təqdim edib.

Qeyd edək ki, tədbir Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi və "Admedia" şirkətinin təşkilati dəstəyi, SİMA Rəqəmsal Həllər Platforması, "İCMA" və ASAN İnnovativ İnkişaf Mərkəzinin dəstəyi, "Unibank"ın bank sponsorluğu, "Meqa Sığorta", "Meqa Həyat", "Moon Group" və "Başkent" restoranlar şəbəkəsinin sponsorluğu ilə keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Baş idarə rəisi Nicat İmanov tərəfindən edilən açılış nitqi ilə davam edib.

"Maliyyə riskləri və uçotu" paneli "Good Finance" şirkətinin direktoru Vüsal Səlimovun moderatorluğu və Fuad Əliyev (Maliyyə Monitorinqi Xidməti), Rüfət Əliyev (A Audit and Consulting MMC, Auditor), Orxan Yusifov - (Facility Management Qrupun CFO-su), Xalid Cəfərov (Meslehetci.az konsaltinq şirkətinin həmtəsisçisi) spikerliyi ilə baş tutub.

"Peşəkar Mühasib Sertifikatı: Qızıl bilet, yoxsa məcburiyyət?" paneli Elsevər İbadov (Müdafiə Sənayesi Nazirliyi, Milli Aerokosmik Agentliyinin Maliyyə və mühasibat uçotu şöbəsinin rəisi) moderatorluğunda, Teymur Əşrəf ("Good Finance" MMC, vergi konsultantı) və Faiq Abdulla (DİM, PMS imtahanları üzrə aparıcı məsləhətçi) tərəfindən spikerlik edilərək keçirilib.

"Vergilər: Menecment və Vizyon" paneli Elçin Əkbərov (Consulting Group MMC-nin həmtəsisçisi və direktoru) moderatorluğu ilə, Sirac Piriyev (Vəkillər Kollegiyası, Hüquqşünas), Anar Bayramov ("Bizcon Audit" MMC, Auditor), Günel Sadıyeva ("PwC Azerbaijan", Vergi direktoru), Namiq Dərgahov (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəis müavini) və Əvəz Quliyev (Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini) tərəfindən spikerlik edilərək keçirilib.

Hər panelin məqsədi iştirakçılara mövcud məsələlərə dair innovativ yanaşmalar təqdim etmək olub. Bu da mühasibatlıq və vergi sistemlərinin inkişafını daha effektiv və rəqabətədavamlı hala gətirmək üçün yeni perspektivlər qazandırıb.

İştirakçıların fəal iştirakı, spikerlərimizin dəyərli çıxışları və bütün sponsor, tərəfdaşlarımızın dəstəyi sayəsində Vergi və Mühasibatlıq Zirvəsi 2025 uğurla yekunlaşdı. Hər kəsə bu möhtəşəm tədbirə qatıldığı və təcrübələrini bizimlə paylaşdığı üçün dərin təşəkkürümüzü bildiririk.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:265
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Mart 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri