Icma.az
close
up
RU
Vergi Xidməti bu şirkətdən 1,4 milyon manata ofis icarəyə götürüb

Vergi Xidməti bu şirkətdən 1,4 milyon manata ofis icarəyə götürüb

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi “Faktor Qrup-S-1” QSC (VÖEN- 1604133621) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumata istinadən bildirir ki, satınalma müqaviləsi bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Müqaviləyə əsasən, Baş İdarə “Faktor Qrup-S-1” QSC-dən qeyri-yaşayış sahəsini icarəyə götürəcək və qarşılığında 1 milyon 447 min 200 manat ödəyəcək. 
Qeyd edək ki, son bir ildə Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi “Faktor Qrup-S-1” QSC ilə ilə qeyri-yaşayış sahəsinin icarəyə götürülməsi ilə əlaqədar bir neçə müqavilə imzalayıb:
23 yanvar 2023-cü ildə – 1 435 140 manat;
7 yanvar 2024-cü ildə – 1 370 016 manat;
1 avqust 2024-cü ildə – 20 650 manat;
28 dekabr 2024-cü ildə – 1 447 200 manat.
Bunlardan başqa “Faktor Qrup-S-1” QSC qeyri-yaşayış sahəsinin icarəsi ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə 1 460 887,2 manatlıq, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi ilə 1 792 800,02 manatlıq müqavilə imzalayıb.
Məlumat üçün bildirək ki, “Faktor Qrup-S-1” QSC “Faktor Qrup-S” QSC-nin yenidən təşkili nəticəsində yaradılıb. Hər iki şirkətin hüquqi ünvanı Heydər Əliyev pr. ev 189-da yerləşir. “Faktor Qrup-S-1” QSC 2020-ci ildə, “Faktor Qrup-S” QSC isə 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Bu ilin iyul ayında daha bir şirkət – “Company FSL” MMC (VÖEN – 1405481101) fəaliyyətinə xitam verərək “Faktor-Qrup-S-1” QSC-yə birləşib.
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 28 Dekabr 2024 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri