AQTA bu şirkətdən 1,5 milyona ofis icarəyə götürüb
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Faktor Qrup-S-1” QSC (VÖEN – 1604133621) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu ilə imzalanan müqaviləyə görə, “Faktor Qrup-S-1” QSC AQTA-ya qeyri-yaşayış sahələri icarəyə verəcək.
AQTA icarəyə götürəcəyi qeyri-yaşayış sahəsi üçün bir il müddətinə 1 milyon 460 min 887 manat 20 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “Faktor Qrup-S-1” QSC “Faktor Qrup-S” QSC-nin yenidən təşkili nəticəsində yaradılıb. Hər iki şirkətin hüquqi ünvanı Heydər Əliyev pr. ev 189-da yerləşir. “Faktor Qrup-S-1” QSC 2020-ci ildə, “Faktor Qrup-S” QSC isə 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Bundan başqa daha bir şirkət – “Company FSL” MMC (VÖEN – 1405481101) fəaliyyətinə xitam verərək “Faktor-Qrup-S-1” QSC-yə birləşib.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Vergi Xidməti bu şirkətdən 1,4 milyon manata ofis icarəyə götürüb
28 Dekabr 2024 17:31
AQTA bu şirkətdən yenə ofis icarəyə götürdü Hər ay 116 min ödəyəcək
17 Yanvar 2025 22:44
Nazirlik bu şirkətdən stadion icarəyə götürür 49 min manatlıq müqavilə
21 Yanvar 2026 15:56
Agentlik son 15 gündə 3 şirkətdən 1,5 milyon manatlıq 33 avtomobil alıb
11 Dekabr 2024 11:51
Hər kəs bu şirkətdən narazıdır
08 May 2026 15:47
Baxış sayı:85
Bu xəbər 20 Fevral 2026 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















