Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır?
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Sahibkar bircə gün ödənişləri gecikdirən kimi Dövlət Vergi Xidməti onun hesabına sərəncam qoyur.
Sahibkar pulu ödəyir, amma Vergi hesab üzərinə qoyulan sərəncamı ləğv etmək istəmir. Azı 10-15 gün süründürür. Gərək zəng edəsən, məktub yazasan, yalvarasan, ki, sərəncamı ləğv eləsinlər”.
Gununsesi.info xəbər verir ki, bunu jurnalist Elçin Rüstəmzadə özünün sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, bu müddətdə hesab üzərindən heç bir əməliyyat aparmaq olmur: “Ödənişlər, kreditlər və s. gecikir, nəticədə cərimə faizləri gəlir.
Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? Niyə məsələn, kommunal xidmətlərdə, internet, telefon ödənişində olduğu kimi məbləğ ödənildikdən dərhal sonra sərəncam ləğv olunmur. Ümumiyyətlə bir-iki gün gecikməyə görə niyə sərəncam qoyulub sahibkarın fəaliyyəti iflic edilməlidir? Bu, nə məntiqdir, nə yanaşmadır?”
Afət ABBASOVA
GUNUNSESİ.İNFO
Baxış sayı:113
Bu xəbər 03 Fevral 2025 18:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















