Icma.az
close
up
RU
Vergidə 75% lik güzəşt: Kimlər yararlana bilər?

Vergidə 75% lik güzəşt: Kimlər yararlana bilər?

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İlin ortasında fəaliyyətə başlayan müəssisələrin vergi güzəştlərindən yararlanması ilə bağlı müəyyən suallar yaranır. Xüsusilə mikro sahibkarlıq subyekti kimi fəaliyyət göstərən və az sayda işçi ilə işə başlayan hüquqi şəxslər üçün orta aylıq işçi sayının hesablanması güzəştdən yararlanmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Bəs avqustda qeydiyyatdan keçən və 3 işçi ilə fəaliyyətə başlayan hüquqi şəxs 75 faizlik vergi güzəştindən yararlana bilərmi? Belə müəssisələrdə orta aylıq işçi sayı hesablanarkən göstərici təqvim ili üzrə 12 aya, yoxsa faktiki fəaliyyət göstərilən 5 aya bölünür?

“Yeni Sabah” xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirin 75 faizinə güzəşt tətbiq edilir. Sezar pizza

Qeyd olunub ki, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi üçün müəyyən edilmiş şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriyaya keçdikdə də müvafiq güzəşt mexanizmi tətbiq olunur. Belə halda hüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır.

Bununla yanaşı, əmtəəsiz əməliyyatlar aparıldığı halda Vergi Məcəlləsi ilə müəyyən edilən vergi güzəşti həmin əməliyyatlardan yaranan gəlirlərə tətbiq edilmir.

Dövlət Vergi Xidmətindən xüsusi olaraq bildirilib ki, Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinin tətbiqi baxımından orta aylıq muzdlu işçi sayı faktiki fəaliyyət göstərilən dövrə uyğun müəyyən edilir.

Beləliklə, avqust ayında qeydiyyatdan keçən və ilin sonunadək 5 ay fəaliyyət göstərən müəssisədə orta aylıq işçi sayı hesablanarkən işçilərin sayının cəmi 12-yə deyil, 5-ə bölünür.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 Avqust 2026 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri