Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir Vətəndaş Anın Almazı ilə MÜSAHİBƏ

Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir Vətəndaş Anın Almazı ilə MÜSAHİBƏ

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"İctimai TV"də yayımlanan "Vətəndaş A" serialı mətbuatda və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Cəfər Cabbarlının “Almaz” əsərinin motivləri əsasında çəkilən serial may ayından efirdədir və qısa zamanda böyük izləyici kütləsi toplamağı bacarıb. Serialın rejissoru Elvin Rüstəmzadə, prodüseri Sevinc Əliyeva, ssenari müəllifi Asiman Ağa Rövşəndir.

Serialın əsas qəhrəmanı Almazdır (aktyor Günəş Mehdizadə). O, Bakıdan ucqar kənd məktəbinə təyin edilir. Kəndə gələn Almaz dərs dediyi məktəbdəki qanunsuzluqlarla, kənddəki özbaşınalıqlarla mübarizə aparır.

Modern.az serialda baş rolu canlandıran Günəş Mehdizadədən ilə həmsöhbət olub. Müsahibəni təqdim edirik:

- Filmlə bağlı həm tənqidlər, həm təriflər çoxdur. Filmlə bağlı əsas tənqidlər kimlərdən, hansı istiqamətdə oldu?

- Açığı daha çox yaxşı rəylər eşidirəm. Qəribədir ki, yeni layihələrdə əsasən mənfi rəyləri daha çox eşidirsən, amma burada daha fərqli oldu. Burada mənfi rəylər, tənqidlər daha az oldu. Tutarlı tənqidləri oxuyanda sevinirdim. Tutarsız tənqidlər isə məni məyus edirdi. Dinlə bağlı bir az nələrsə eşitdim, bəziləri düşünürdülər ki, Almaz obrazı dinə qarşıdır. Əslində Almaz orada ateist deyil. Sadəcə dini düzgün aşılamayan və başa düşməyən insanlara qarşı çıxmışdı.

- Canlandırdığınız Almaz obrazınızın sizin dünyagörüşünüzlə ortaq cəhətləri varmı?

- Almaz birbaşa olaraq mənim dünyagörüşümlə üst-üstə düşən bir personajdır, çünki mən də gənc, yeniyetmə yaşlarımdan cəmiyyətdə qəbul edilmiş streotip düşüncələrə lazımsız adət-ənənlərə və qoyulan qaydalara qarşı özüm də başa düşmədən etiraz edirdim.

- Bu rolu qəbul edərkən ən böyük motivasiyanız nə oldu?

- Rolu qəbul edərkən və senarini oxuyarkən Almazın necə güclü xarakterə sahib olduğunu görmək mənim üçün böyük motivasiya oldu, bildim ki, o obrazı canlandırmaq mənim üçün çox zövqlü olacaq.

- "Vətəndaş A" serialının Azərbaycan cəmiyyətinə çatdırmaq istədiyi mesajların insanlara təsir etdiyini düşünürsünüzmü?

- Bəli, düşünürəm. Serialın əsasən gənclər arasında maraqla qarşılandığı bunun bariz nümunəsidir. Çox adamın yaşadığı, amma deyə bilmədiyi çağırışları, hayqırtıların burada əks etdirilib, bunun da istər-istəməz cəmiyyətə təsir edəcəyini düşünürəm. 

- Serialda Azərbaycandakı sosial verilişlər bir növ tənqid edilib. Sizin şəxsi düşüncələriniz necədir, bu cür verlişlərə baxırsınızmı, ümumiyyətlə ailə problemlərinin televizyada işıqlandırılması problemi həll edə bilərmi?

- O verlişlərə baxmıram və ora çıxıb ailə problemlərini danışan insanları da normal qəbul etmirəm. İnsanların faciəsindən reytinq qazanan həmin layihələrə də qarşıyam. Düşünürəm ki, insanın bir az savadı, dünyagörüşü olsa, ora çıxıb ailə problemlərindən danışmaz. Bu da bir növ cahilliyin nümunəsidir və bizim serial da bu cür cahilliyə qarşıdır. Ümumiyyətlə ailə problemləri ailə daxilində həll olunmalıdır. Kiminsə çıxıb televizya verlişlərində bu problemlərdən danışması biabırçılıqdır. Bu cür verlişlərə baxmıram və tərəfini saxlamıram, düzgün də hesab etmirəm.

-  “Vətəndaş A” serialı da bir növ məişətdə yaşadığımız problemləri bizə serial vasitəsi ilə çatdırır, bu baxımdan onun sosial verlişlərdən fərqi nədir?

- Sosial verilişlər insanların faciəsindən reytinq qazanmağa fokuslanıb. Burada real insanlar var və verlişə gələrək ailə problemlərini, yaşadıqlarını danışır. Bəzən mənə elə gəlir ki, həmin verilişlərə çıxan şəxslər xəstə adamlardır. Bəlkə də müəyyən psixoloji yardıma ehtiyacı var, amma biz onun danışdıqlarını işıqlandırıb, sosial mediada daha çox paylaşıb gülüş obyektinə çeviririk.  Ancaq “Vətəndaş A” serialı cəmiyyətdə olan problemləri göstərir, hansısa konkret adamın həyatında baş vermiş faciəni göstərib onu gülüş obyektinə çevirmir.

- Filmin dilində varvarizimlərdən istifadə olunması sizi narahat edibmi, bu cür ifadələri işləndiyi üçün Audiovizual şuranın xəbərdarlığına münasibətiniz necədir?

- Filmdə bir az söyüş səhnələri olub. Serial da gündəlik həyatımızdan bəhs etdiyi üçün, bu cür ifadələrin verilməsi qaçınılmaz hal alır. Ən acınacaqlısı odur ki, şagirdlər, yeniyetmələr bu cür jarqonlardan istifadəsi günün reallığıdır. Şuranın xəbardarlığı oldu. Amma efir məkanımız bayağı verlişlərlə, musiqi və seriallarla doludur. Bu cür işə, bu cür tənqidi münasibət düzgün hesab etmirəm. Ancaq anlaşılandır ki, onlar da qoyduqları ümumi qanun və qaydalardan çıxış edərək bu cür xəbərdarlıq ediblər.

-  Serial Daşkəsənin Bayan kəndinə çəkilib, filmdə göstərdiyiniz problemləri realda həmin kənddə görmək mümkün idimi? Filmin mözusu haqqında kənd sakinləri ilə mübahisələr yaşanıbmı?

- Bayan kəndinin sakinləri qonaqpərvər idi, bizə qapılarını kasıb süfrələrin açırdılar, evlərində isinirdik.  Amma bəzi neqativ hallar da baş verirdi, məsələn şortik problemi var idi. Çalışırdıq onları qıcıqlandırmamaq üçün yayın istisində şortik geyinməyək. Hətta mən deyərdim ki, bizim senaristimiz Asiman Ağa Rövşən senarini yazmamışdan bir neçə ay əvvəl həmin kənddə qalsaydı, maraqlı əlavələri olardı. Çünki orada elə şeylərə şahid olduq ki, serialda onun cuzi bir hissəsi göstərilib. Məsələn kənddə iki qəbristanlıq var idi. Birində öz əcəli ilə ölənlər dəfn edilirdi, digərində isə öldürülənlər. Bu kimi məqamları göstərmək də olardı.

- Cəfər Cabbarlının “Almaz” əsərinin motivləri əsasında müasir dövrə uyğunlaşdırılaraq çəkilən film, deməyə imkan verirmi ki, 100 ilə yaxın cəmiyyətdə heç nə dəyişməyib?

- Tam demək olmaz ki, 100 ilə yaxındır heç nə dəyişməyib. Qadınlarımız cəmiyyətdə daha aktiv iştirak edir, çalışırlar. Ancaq ucqar kəndlərimizdə əfsuslar olsun ki, 100 illik fərq yaranmayıb. Qızlarımızın oxumağına lüzum yoxdur deyilir. Həmin kəndlərdə 10 yaşından sonra məktəbə getməyən qızlarımız var. Ailə kasıb dolanırsa, qadın da işləyib ailəyə kömək ola bilər, ancaq buna icazə verilmir. Kişilərin bütün günü çayxanada oturub günlərini keçirdirlər, amma qadınlar evdən çıxmağa imkan olmur. Məsələn Bayan kəndində belə bir şey eşitdim ki, kənddə yas olanda qadınlar ora o qədər sevinərək gedirlər ki. Çünki bir yerdə toplaşacağı, nələrsə danışacaqları yeganə yer demək olar ki, oradır. Bu baxımdan kənd yerlərində fərqlər daha azdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Noyabr 2024 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see476

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see381

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see375

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see336

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see319

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see289

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see288

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see283

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see200

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see162

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see162

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see151

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see134

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri