Icma.az
close
up
RU
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir Vətəndaş Anın Almazı

Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir Vətəndaş Anın Almazı

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İctimai TV"də yayımlanan "Vətəndaş A" serialı mətbuatda və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Cəfər Cabbarlının “Almaz” əsərinin motivləri əsasında çəkilən serial may ayından efirdədir və qısa zamanda böyük izləyici kütləsi toplamağı bacarıb. Serialın rejissoru Elvin Rüstəmzadə, prodüseri Sevinc Əliyeva, ssenari müəllifi Asiman Ağa Rövşəndir.

Serialın əsas qəhrəmanı Almazdır (aktrisa Günəş Mehdizadə). O, Bakıdan ucqar kənd məktəbinə təyin edilir. Kəndə gələn Almaz dərs dediyi məktəbdəki qanunsuzluqlarla, kənddəki özbaşınalıqlarla mübarizə aparır.

Modern.az serialda baş rolu canlandıran Günəş Mehdizadə ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Filmlə bağlı həm tənqidlər, həm təriflər çoxdur. Əsas tənqidlər kimlərdən, hansı istiqamətdə oldu?

- Açığı, daha çox yaxşı rəylər eşidirəm. Qəribədir ki, yeni layihələrdə əsasən mənfi rəyləri daha çox eşidirsən, amma burada daha fərqli oldu. Burada mənfi rəylər, tənqidlər daha az oldu. Tutarlı tənqidləri oxuyanda sevinirdim. Tutarsız tənqidlər isə məni məyus edirdi. Dinlə bağlı bir az nələrsə eşitdim, bəziləri düşünürdülər ki, Almaz obrazı dinə qarşıdır. Əslində Almaz orada ateist deyil. Sadəcə dini düzgün aşılamayan və başa düşməyən insanlara qarşı çıxmışdı.

- Canlandırdığınız Almaz obrazının sizin dünyagörüşünüzlə ortaq cəhətləri varmı?

- Almaz birbaşa olaraq mənim dünyagörüşümlə üst-üstə düşən bir personajdır, çünki mən də gənc, yeniyetmə yaşlarımdan cəmiyyətdə qəbul edilmiş streotip düşüncələrə lazımsız adət-ənənlərə və qoyulan qaydalara qarşı özüm də başa düşmədən etiraz edirdim.

- Bu rolu qəbul edərkən ən böyük motivasiyanız nə oldu?

- Rolu qəbul edərkən və ssenarini oxuyarkən Almazın necə güclü xarakterə sahib olduğunu görmək mənim üçün böyük motivasiya oldu, bildim ki, o obrazı canlandırmaq mənim üçün çox zövqlü olacaq.

- "Vətəndaş A" serialının Azərbaycan cəmiyyətinə çatdırmaq istədiyi mesajların insanlara təsir etdiyini düşünürsünüzmü?

- Bəli, düşünürəm. Serialın əsasən gənclər arasında maraqla qarşılandığı bunun bariz nümunəsidir. Çox adamın yaşadığı, amma deyə bilmədiyi çağırışları, hayqırtıları burada əks etdirilib, bunun da istər-istəməz cəmiyyətə təsir edəcəyini düşünürəm. 

- Serialda Azərbaycandakı sosial verilişlər bir növ tənqid edilib. Sizin şəxsi düşüncələriniz necədir, bu cür verilişlərə baxırsınızmı, ümumiyyətlə, ailə problemlərinin televiziyada işıqlandırılması problemi həll edə bilərmi?

- O verilişlərə baxmıram və ora çıxıb ailə problemlərini danışan insanları da normal qəbul etmirəm. İnsanların faciəsindən reytinq qazanan həmin layihələrə də qarşıyam. Düşünürəm ki, insanın bir az savadı, dünyagörüşü olsa, ora çıxıb ailə problemlərindən danışmaz. Bu da bir növ cahilliyin nümunəsidir və bizim serial da bu cür cahilliyə qarşıdır. Ümumiyyətlə, ailə problemləri ailə daxilində həll olunmalıdır. Kiminsə çıxıb televiziya verlişlərində bu problemlərdən danışması biabırçılıqdır. Bu cür verilişlərə baxmıram və tərəfini saxlamıram, düzgün də hesab etmirəm.

-  “Vətəndaş A” serialı da bir növ məişətdə yaşadığımız problemləri bizə serial vasitəsi ilə çatdırır, bu baxımdan onun sosial verilişlərdən fərqi nədir?

- Sosial verilişlər insanların faciəsindən reytinq qazanmağa fokuslanıb. Burada real insanlar var və verilişə gələrək ailə problemlərini, yaşadıqlarını danışır. Bəzən mənə elə gəlir ki, həmin verilişlərə çıxan şəxslər xəstə adamlardır. Bəlkə də müəyyən psixoloji yardıma ehtiyacı var, amma biz onun danışdıqlarını işıqlandırıb, sosial mediada daha çox paylaşıb gülüş obyektinə çeviririk. Ancaq “Vətəndaş A” serialı cəmiyyətdə olan problemləri göstərir, hansısa konkret adamın həyatında baş vermiş faciəni göstərib onu gülüş obyektinə çevirmir.

- Filmin dilində vulqar sözlərdən istifadə olunması sizi narahat edibmi, bu cür ifadələr işləndiyi üçün Audiovizual Şuranın xəbərdarlığına münasibətiniz necədir?

- Filmdə bir az söyüş səhnələri olub. Serial da gündəlik həyatımızdan bəhs etdiyi üçün bu cür ifadələrin verilməsi qaçılmaz hal alır. Ən acınacaqlısı odur ki, şagirdlərin, yeniyetmələrin bu cür jarqonlardan istifadəsi günün reallığıdır. Şuranın xəbardarlığı oldu. Amma efir məkanımız bayağı verilişlərlə, musiqi və seriallarla doludur. Bu cür işə bu cür tənqidi münasibəti düzgün hesab etmirəm. Ancaq anlaşılandır ki, onlar da qoyduqları ümumi qanun və qaydalardan çıxış edərək xəbərdarlıq ediblər.

-  Serial Daşkəsənin Bayan kəndinə çəkilib, filmdə göstərdiyiniz problemləri realda həmin kənddə görmək mümkün idimi? Filmin mözusu haqqında kənd sakinləri ilə mübahisələr yaşanıbmı?

- Bayan kəndinin sakinləri qonaqpərvərdir, bizə qapılarını, kasıb süfrələrin açırdılar, evlərində isinirdik.  Amma bəzi neqativ hallar da baş verirdi, məsələn, şortik problemi var idi. Çalışırdıq onları qıcıqlandırmamaq üçün yayın istisində şortik geyinməyək. Hətta mən deyərdim ki, bizim senaristimiz Asiman Ağa Rövşən ssenarini yazmamışdan bir neçə ay əvvəl həmin kənddə qalsaydı, maraqlı əlavələri olardı. Çünki orada elə şeylərə şahid olduq ki, serialda onun cüzi bir hissəsi göstərilib. Məsələn, kənddə iki qəbristanlıq var idi. Birində öz əcəli ilə ölənlər dəfn edilirdi, digərində isə öldürülənlər. Bu kimi məqamları göstərmək də olardı.

- Cəfər Cabbarlının “Almaz” əsərinin motivləri əsasında müasir dövrə uyğunlaşdırılaraq çəkilən film, deməyə imkan verirmi ki, 100 ilə yaxın cəmiyyətdə heç nə dəyişməyib?

- Tam demək olmaz ki, 100 ilə yaxındır heç nə dəyişməyib. Qadınlarımız cəmiyyətdə daha aktiv iştirak edir, çalışırlar. Ancaq ucqar kəndlərimizdə əfsuslar olsun ki, 100 illik fərq yaranmayıb. Qızlarımızın oxumağına lüzum yoxdur deyilir. Həmin kəndlərdə 10 yaşından sonra məktəbə getməyən qızlarımız var. Ailə kasıb dolanırsa, qadın da işləyib ailəyə kömək ola bilər, ancaq buna icazə verilmir. Kişilər bütün günü çayxanada oturub günlərini keçirdirlər, qadınlara evdən çıxmağa imkan olmur. Bayan kəndində belə bir şey eşitdim ki, kənddə yas olanda qadınlar ora o qədər sevinərək gedirlər ki. Çünki bir yerdə toplaşacağı, nələrsə danışacaqları yeganə yer demək olar ki, oradır. Bu baxımdan kənd yerlərində fərqlər daha azdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Noyabr 2024 08:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri