Icma.az
close
up
RU
Menu

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

2025 ci ildə ən çox buna pul xərcləmişik

Qazaxıstanın Türküstan bölgəsinin Azərbaycan icması tərəfindən görülmüş işlər barədə məlumat verilib FOTOLAR

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

Anasını qızıl tabutda dəfn etdi Video

Sürücülərin günü gündən artan aqressiyası EKSPERTDƏN XƏBƏRDARLIQ

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

Vernidub da “Neftçi”nin dərdinə əlac tapa bilmədi, Berdiyev üçün “istefa” çağırışı Tura baxış

Vernidub da “Neftçi”nin dərdinə əlac tapa bilmədi, Berdiyev üçün “istefa” çağırışı Tura baxış

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli Premyer Liqasında XV tura yekun vuruldu. Cəmi bir tur sonra komandalar qış fasiləsinə yollanacaq. Artıq indidən mövsümün sonunda kimin neçənci pillədə olacağını da təxmin etmək çətin deyil. 

“Şamaxı” – “Zirə” 2:1 
Qollar:
Alfons Msanqa, 54. Karim Rossi, 61-pen. - Giorgi Papunaşvili, 8
"Şamaxı": 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 6. Antonio Lara, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.
"Zirə": 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 25. Enrike Kustodio, 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 30. Rikardo Martins, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 48. Ramiz Muradov, 33. Əkbər Eyubov, 43. Əhliman Süleymanzadə, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

“Şamaxı” “Zirə” ilə oyunda əsl əzmkarlıq nümayiş etdirdi. Ayxan Abbasovun ilk yarıda geri düşdüyü qarşılaşmadan qalib ayrılmağı bacardı. Bunun “Zirə” ilə oyunda edilməsi isə 3 xalın əhəmiyyətini daha da artırır. “Zirə”nin gürcü legioneri Papunaşvili artıq 8-ci dəqiqədə qonaqları hesabda irəli çıxarmışdı. Meydan sahibləri bu qolun cavabını ikinci hissədə artıqlamasıyla verdi. Msanqa 54-cü dəqiqədə hesabı bərabərləşdirdisə, 7 dəqiqə sonra Rossi penaltini qola çevirməklə “Şamaxı”nı hesabda önə çıxardı. Görüşdə başqa qol olmayınca “Şamaxı” azarkeşlərini 2:1 hesablı qələbəylə sevindirdi.
Bu xal itkisindən sonra 4-cü pilləyə geriləyən “Zirə”nin aktivində 27 xal var. 20 xalı olan “Şamaxı” isə yeddincidir.

“Turan Tovuz” – “Sabah” 1:3 
Qollar:
Filip Ozobiç, 82 - Coy Lens Mikels, 30. Yelko Simiç, 68. Umarali Rahmonaliyev, 79
"Turan Tovuz": 1. Oleq Baklov, 10. Xəyal Nəcəfov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə, 60. Vüqar Bağırov.
Baş məşqçi: Kurban Berdıyev.
"Sabah": 92. Stas Pokatilov (k), 88. Xəyal Əliyev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 46. Aleksey İsayev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 89. Cəfər Muxtarov, 11. Kahim Parris, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

Tovuzlu azarkeşlər qələbənin dadını çoxdan unudublar. Bu dəfə onların sevimli komandası “Sabah”a məğlub oldu. Özü də doğma meydanda və 1:3 hesabıyla. Ozobiçin fərdi ustalığı sayəsində vurduğu o qol da zəif təsəllidən başqa bir işə yaramadı. Çünki “Sabah”ın oyun ərzində üstünlüyü, topa və meydana nəzarəti açıq-aşkar hiss edilirdi. Belə gedişat qonaqların Bakıya 3 xalla dönəcəyinə şübhə yeri qoymurdu. Sonda gözlənilən də oldu. Heç də təsadüfi deyil ki, yerli azarkeşlər “Sabah”ın qollarından sonra rusiyalı baş məşqçi Kurban Berdiyevi istefaya səslədilər. 
Mövsümə çempionluq iddiaları ilə başlayan “Turan Tovuz” artıq liderin 9 xal gerisindədir. Qərb təmsilçisi 24 xalla 5-ci yerdə qərarlaşıb. 31 xalı olan “Sabah” isə ikincidir.

"Kəpəz" – "Qəbələ" 1:0 
Qol: Ryonosuke Ohori, 54.
Qırmızı vərəqə: İbrahima Sanqare, 38 ("Qəbələ")
“Kəpəz”: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 88. Şakir Seyidov, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 14. Adama Fofana, 10. Ryonosuke Ohori, 38. Cefferson Bentu.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 53. Şahmar Aşurov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 72. Nizami Səmədov, 9. Luis Paçu, 6. Pedro Qomeş. 
Baş məşqçi: Azər Bağırov.
“Qəbələ”: 1. Səlahət Ağayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Loua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 16. İsaak Amoah, 14. Domi Massumo.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 27. Eşqin Əhmədov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 30. Prins Ovusu.
Baş məşqçi: Kaxaber Tsxadadze.

“Kəpəz” mövsümdəki 3-cü qələbəsini qazandı. Özü də bunu əsas rəqiblərindən biri hesab edilən “Qəbələ” ilə oyunda bacardı. Düzdür, bu qələbədə “Qəbələ”nin 38-ci dəqiqədə azlıqda qalması da rol oynadı. İstənilən halda, “Kəpəz”in qazandığı qələbənin əhəmiyyətini azaltmaq olmaz. Gəncə təmsilçisinə vacib 3 xalı gətirən qola isə Ohori 54-cü dəqiqədə imza atdı. Nominal qonaqların çoxsaylı cəhdləri fayda verməyincə bu qol oyunda yeganə oldu.
9 xallı “Kəpəz” özünü 10-cu pillədə xoşbəxt hiss edə bilər. “Qəbələ” isə 8 xalla ondan bir pillə geridədir.

"Qarabağ" – "Araz-Naxçıvan" 5:1
Qollar:
Toral Bayramov, 30, 90+5-pen. Nəriman Axundzadə, 41. Joni Montiel, 57-pen. Leandro Andrade, 72 - Ramon Maçado, 76-pen.
“Qarabağ”: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 7. Nəriman Axundzadə, 3. Sami Mmae, 9. Joni Montiel, 18. Dani Bolt, 15. Leandro Andrade, 35. Pedro Bikalyo.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 32. Hikmət Cəbrayılzadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 17. Kamilo Duran.
Baş məşqçi: Qurban Qurbanov.
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 8. Coşqun Diniyev, 6. Patrik Andrade, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Şarl Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 19. Bar Kohen.
Baş məşqçi: Elmar Baxşıyev.

“Ayaks”a məğlubiyyətə görə tənqid olunan “Qarabağ” “Araz-Naxçıvan”ı darmadağın etməklə komandada hər şeyin qaydasında olduğunu göstərdi. Özü də Qurban Qurbanov əsas heyətin əksər üzvlərinə yenə də istirahət vermişdi. Vurulan qolların birinə Nəriman Axundzadənin, ikisinə də Toral Bayramovun müəlliflik etməsi də diqqətçəkən məqamdır. Qonaqların zəif təsəlli sayılan qoluna isə Maçado 76-cı dəqiqədə penaltidən imza atdı.
5:1 hesablı qələbə sayəsində “Qarabağ” bir gün əvvəl itirdiyi liderlik kürsüsünü özünə qaytardı və “Sabah”la oyun öncəsi əla motivasiya qazandı. 6-cı sıradakı “Araz-Naxçıvan”ın isə 23 xalı var.

"İmişli" – "Karvan-Yevlax" 1:1
Qollar:
Dioqo Almeyda, 29 - Vadim Abdullayev, 39.
“İmişli”: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 44. Həzrət İsayev, 94. Rafael Vieqaş, 10. Nikola Karaklaiç, 29. Edvin Banquera, 6. Yau Moses, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 70. Mehdi Tahirov, 27. Lətif Rzayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli.
Baş məşqçi: Jorje Kaşkilya.
“Karvan-Yevlax”: 99. Pedro Mateuş, 7. Araz Abdullayev (k), 32. Elvin Yunuszadə, 6. Vadim Abdullayev, 33. Eltun Turabov, 14. Uğur Cahangirov, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 77. Əli Abdullayev, 5. Nika Çaçaşvili, 12. Vitor Roşa, 3. Said İranxan, 8. Peter Kings, 10. Samuel Durrant, 21. İmani Barker.
Məşqçi: Füzuli Məmmədov.

Turun son oyun günü keçirilən iki qarşılaşmanın heç birində qalib müəyyən olunmadı. Qubadakı qarlı meydanda keçirilən “İmişli” – “Karvan-Yevlax” oyunu o qədər də baxımlı alınmadı. Futbolçuların qarlı-palçıqlı meydanda hərəkət etməsi belə xeyli çətin görünürdü. Bəlkə də elə bu səbəbdən onlar 39-cu dəqiqəyə qədər hərəyə bir qol vurub sakitləşdirlər. Elə bu 1 qolda rəqiblərə bir xal qazandırdı.
“İmişli” 16-cı xalını qazanıb, 9-cu pillədə bir az möhkəmləndi. “Karvan-Yevlax” isə 6 xalla “zirzəmidədir”.

"Neftçi" – "Sumqayıt" 2:2 
Qollar:
İmad Faraj, 34. Bassala Sambu, 49. - Nsane Simon, 72. Səbuhi Abdullazadə, 81.
“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu 27. Kristian Kostin 11. İmad Faraj 10. Freddi Varqas 23. Cordan Rezabala
Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanski 47. Murad Məmmədov 45. Vensan Abubakar 14. Edvin Kuç 77. Falaye Sako 22. Luis Ortis 28. Alessio Kurçi
Baş məşqçi: Yuri Vernidub.
“Sumqayıt”: 22. Xəyal Fərzullayev 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə (k) 6. Rauf Rüstəmli 19. Roi Kehat 14. Pedro Pinto 72. Rayan Senhadji 23. Ronaldo Vaskez 71. Masaki Murata 80. Keffel Resende 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 56. Aftandil Arixov 3. Höccət Haqverdi 75. Nadir Orucov 66. Ruslan Əliyev 37. Nihad Orucəli 9. Aleksandr Ramalinqom 10. Nikola Ninkoviç 95. Nsane Simon
Məşqçi: Şahin Abdullayev.

Cəzalı Saşa İliçin tribunadan izlədiyi qarşılaşamanın gedişində “Sumqayıt” 0:2 hesabıyla geri düşdü. Bu, Sambunun 49-cu dəqiqədə vurduğu qol sayəsində baş verdi. İlk qolu isə Faraj 34-cü dəqiqədə vurmuşdu. Onda hər kəs “Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidubun komandaya gətirdiyi müsbət dəyişikliklərdən bəhs etməyə hazırlaşırdı. Bir andaca hər şey alt-üst oldu. “Sumqayıt” rəqibin yorulmasından əla istifadə edib, hesabı bərabərləşdirdi. Simon 72-ci dəqiqədə fərqi azaltdısa, 81-ci dəqiqədə Səbuhi “Neftçi”nin qələbə arzusunu gözündə qoydu.
“Neftçi” irəliyə 17 xalla 8-ci pillədən boylanır. 27 xal toplayan “Sumqayıt” isə qış fasiləsinə üçüncü pillədə getməyə hazırlaşır.

Amal Abuşov

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:17
embedMənbə:https://fanat.az
archiveBu xəbər 16 Dekabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see314

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see205

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see197

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see195

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see170

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see158

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see154

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see147

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see145

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see132

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see132

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see131

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see131

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see131

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see130

Qazaxıstanın Türküstan bölgəsinin Azərbaycan icması tərəfindən görülmüş işlər barədə məlumat verilib FOTOLAR

14 Dekabr 2025 15:17see130

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see129

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see127

Sürücülərin günü gündən artan aqressiyası EKSPERTDƏN XƏBƏRDARLIQ

14 Dekabr 2025 15:21see127

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri