Icma.az
close
up
RU
Yuri Vernidub “Neftçi”nin məşq prosesini dəyişdirdi

Yuri Vernidub “Neftçi”nin məşq prosesini dəyişdirdi

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Neftçi” futbol komandasının baş məşqçisi Yuri Vernidub oyunçuların gündəlik hazırlıq proqramında dəyişiklik edib.

İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, komandanın fiziki durumunun aşağı olmasını görən çalışdırıcı məşq saatını artırıb.

Əgər “ağ-qaralar” Samir Abasovun vaxtında 50 dəqiqə, maksimum 1 saat çalışırdısa, bundan sonra məşq prosesi 1,5 saat davam edəcək.

Ukraynalı mütəxəssis artıq hər bir oyunçunun fiziki göstəriciləri ilə şəxsən maraqlanır. Buna əsasən, günlük, həftəlik və aylıq hesabat tərtib olunacaq.

Bu arada Yuri Vernidubun futbolçulardan əsas tələbi məlum olub. Təcrübəli mütəxəssis komanda üzvlərindən 90 dəqiqə meydanda hərəkət etməyi istəyib.

Bugünlərdə bakılılarla 1,5 illik müqavilə bağlamış 59 yaşlı çalışdırıcı az qaçan, hər top uğrunda sonadək çarpışmayan, ikili mübarizələrdən yayınan oyunçulara əsas heyətdə şans verməyəcəyi barədə xəbərdarlıq edib.

Ukraynalı “ağ-qaralar”a son olaraq çalışdırdığı “Krivbass”ı misal çəkib. Bildirib ki, Krivoy Roq təmsilçisi onun başçılığı altında 2024-cü ildə uğurlu mövsüm keçirib və ölkə çempionatında üçüncü yer tutub.

Yuri Vernidub “Krivbass”ın bir matçından nümunə gətirib. Əvvəlki komandasının ən pis halda oyun ərzində 118 min metr qaçdığını xatırladıb və müqayisə aparıb.

“Neftçi”nin avqustdan bəri keçirdiyi qarşılaşmaların göstəricilərini incələyən yeni baş məşqçi bu rəqəmin 90 min metri keçməməsini təəssüf hissi ilə vurğulayıb.

Deyib ki, meydanda bu qədər az hərəkət eləyən komandanın uğurlu nəticələr qazanması müşkül işdir. O, bundan sonrakı mərhələdə fiziki hazırlığa xüsusi diqqət yetirəcəyini söyləyib.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:263
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 17 Dekabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri