Icma.az
close
up
RU
Vernudub əsas bəhanəni nə vaxt səsləndirəcək?

Vernudub əsas bəhanəni nə vaxt səsləndirəcək?

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu həftəsonu keçiriləcək qarşılaşmalardan sonra Azərbaycan klubları qış fasiləsinə yollanacaqlar. Qış fasiləsinin ardından, daha dəqiqi yanvarın sonlarında ölkə çempionatı həlledici mərhələyə qədəm qoyacaq. Klublar mövsüm başlayanda qarşılarına qoyduqları məqsədə çatmaq üçün həlledici mübarizəyə başlayacaqlar.

Sözsüz ki, azarkeşləri ən çox narahat olan klub "Neftçi”dir. Əslində, azarkeşlərdən daha çox rəhbərliyin narahat olması lazımdır. Amma heç də belə görünmür. Onların dünya vecinə deyil. Dünən AFFA Premyer Liqada mübarizə aparan klubların gəlir-çıxarı barədə rəsmi rəqəmləri açıqlayıb. Ardıcıl iki il avrokuboklardan kənar qalan "Neftçi” 29 milyon manata yaxın gəlirlə "Qarabağ”ın ən yaxın izləyicisi olub. Təsəvvür edirsiz? Bir tərəfdə avrokuboklarda fırtına qoparan, Azərbaycanın dəyişməz çempionu "Qarabağ”, digər yanda isə iddiaların uzaq düşən, quruca ad-sanı qalan "Neftçi”. 

Gəlir deyəndə söhbət heç də forma, bilet, yaxud da futbolçu satışından büdcəyə daxil olan pullardan getmir. Söhbət müxtəlif mənbələrdən "Neftçi”yə axıdılan, sonra göyə sovrulan milyonlardan gedir. Həmin milyonların sayəsində "Neftçi” ötən mövsüm Azərbaycanın ən çox məvacib verən klubu olub. Samir Abasovun rəhbərliyi altında 6-cı yeri tutan komandaya bu "qəhrəmanlığına” görə 18 milyondan çox maaş paylayıblar. Avropa Liqasının qrupuna yüksələn, Azərbaycan çempionu olan "Qarabağ”dan da 5 milyon manat çox. Sözsüz ki, bütün bu xərclərin arxasında kub rəhbərliyinin uzaqgörən siyasəti, mükəmməl idarəçiliyi dayanır. Elə uğursuzluqların arxasında da. Amma onlardan hesabat tələb edən, gözünün üstündə qaş olduğunu deyən yoxdur.

Proses hələ də davam edir. Samir Abasovu gözlənildiyi kimi, urvatsız edib, yola salandan sonra onun yerinə urkaynalı Yuri Vernidubudu gətiriblər. Taleyin ironiyasıdır. Axı Abasov digər ukraynalı Qriqorçuku itələyib, başa keçmişdi. İndi Samir bəy "Neftçi”dən qopardığı təzminatı necə kapitala çevirməyi fikirləşməkdəykən "Neftçi” digər ukraynalıya tapşırıldı. Daha bir qəribə məqam o oldu ki, Vernudubun siftəsini də elə Abasovun sabiq komandası, atıb "Neftçi”yə gəldiyi "Sumqayıt” korladı. "Ağ-qaralar” 2:0 hesabını qoruya bilməyib, son dəqiqələrdə qələbəni əldən verdilər. Kənddən bizim bədən tərbiyə müəllimimizi gətirib "Sumqayıt”la oyunda 2:0 hesabıyla öndə olan "Neftçi”nin başına qoysaydın, yetirmələrinə son dəqiqələrdə topu bir-birinə ötürməyi tapşırardı ki, qələbə əldən çıxmasın. Amma 15 dəqiqəyə beş əvəzetmə edən Vernidub bunu bacarmadı. Mətbuat konfransında isə futbolçuların fiziki durumunun aşağı olmasından şikayətlənib. Sanki qarşısındakı komanda "Sumqayıt” yox, "Barselona” imiş, sürətli ötürmələrlə onun futbolçularının başını gicəlləndiriblər.

"Neftçi”nin fiziki durumunu düzəltmək üçün Vernidubla birlikdə Azərbaycana gələn məşqçi İqor Fokinin 60 yaşı var. Adam "Neftçi”nin bürünc medalından belə bir yaş böyükdür. Futbolçuların "fizikasını” o düzəldəcək?! Bu yerdə "Neftçi”nin iki ənənəsi yada düşür. Onlardan da birincisi "Neftçi”yə gələn əcnəbi məşqçilərin tələm-tələsik klubun tarixindən, böyüklüyündən danışması, tərif yağdırması olur. Vernidub artıq bunu "Sumqayıt”la oyundan sonra edib. Uğursuzluqlar bir müddət davam edəndə ikinci ənənə işə düşür. Yeni gələn məşqçi köhnənin mirasından imtina edib, "bu komandanı mən qurmamışam” deyir. Bir az səbr edək, görək Vernidub bu bəhanəyə nə vaxt müraciət edəcək?!

Amal Abuşov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Dekabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri