Icma.az
close
up
RU
Vəsaiti geri istədi, “get, tullan” cavabı aldı KONKRET

Vəsaiti geri istədi, “get, tullan” cavabı aldı KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhddə və xuliqanlıqda təqsirləndirilən Əfqan Atakişiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 15 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, Əfqan Atakişiyev 10 fevral 2025-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsində yerləşən 270 nömrəli məktəbin qarşısına gələrək orada xadimə işləyən keçmiş həyat yoldaşı, zərərçəkmiş Gülsəadət Həmidovaya yaxınlaşıb, birgə yaşadıqları dövrdə ailəyə və övladlarına sərf etdiyi vəsaiti geri qaytarmasını tələb edib. Zərərçəkmiş şəxs isə bu tələbi rədd etdikdə, təqsirləndirilən şəxs qəzəblənərək “qisas alacağını” bildirib və hadisə yerindən uzaqlaşıb. Daha sonra Əfqan yaxınlıqda kirayə yaşadığı evə gedərək oradan özünə məxsus kəsici alət (“rezak”) götürüb və təkrarən qadının işlədiyi məktəbin qarşısına qayıdıb, onun işdən çıxmasını gözləyib.

Həmin gün saat 15 radələrində zərərçəkmiş şəxs məktəbdən çıxdıqda, təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan məktəbin qarşısında, yetkinlik yaşına çatmayan şagirdlərin gözü qarşısında xuliqanlıq niyyəti əlindəki “rezak”la qadının arxadan boğaz, sol əl və üz nahiyələrinə zərbələr vuraraq ona xəsarətlər yetirib.

Hadisə yerindən keçən şahidin müdaxiləsi və zərərçəkmiş şəxsin vaxtında tibbi yardım alması nəticəsində Gülsəadətin həyatı xilas edilib.

Məhkəmədə Əfqan Atakişiyev ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 10 fevral 2025-ci il tarixdə keçmiş arvadı Gülsadətin işlədiyi 270 nömrəli məktəbə gedərək ondan sənədlərini, şəkillərini və illər ərzində ailəsinə çəkdiyi xərcləri geri qaytarmasını tələb edib. Gülsadət ona cavabında “get, tullan, harada yaşayırsan yaşa” deyib əl-qol hərəkətləri edərək kobud cavab verib. Əfqan əsəbləşərək evə qayıdıb, oradan “rezak”ı götürüb və yenidən məktəbin yaxınlığına gəlib. Gülsadətin məktəbdən çıxıb “9 mərtəbə” adlanan istiqamətə getdiyini görən təqsirləndirilən şəxs onun arxasınca yollanıb və “uşaqlarınla birləş, pulumu ödə” deyib. Zərərçəkmiş şəxs isə “get, tullan burdan” deyə cavab verdikdə, təqsirləndirilən şəxs əsəbinə hakim ola bilməyərək cibindəki “rezak”ı çıxarıb onun boğaz nahiyəsinə zərbə endirib. Lakin ətrafda olan bir nəfər müdaxilə etdiyindən hadisəni davam etdirə bilməyib. Hadisədən sonra o, məktəbin arxasında yerləşən kafeyə gedərək spirtli içki qəbul edib.

Təqsirləndirilən şəxs bildirib ki, onun məqsədi keçmiş həyat yoldaşını öldürmək olmayıb, sadəcə cəzalandırmaq istəyib. Hadisə vaxtı içkili vəziyyətdə olduğunu, dediyi bəzi sözləri xatırlamadığını, törətdiyi əməldən peşman olduğunu və məhkəmədən ədalətli cəza verilməsini xahiş etdiyini qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Oktyabr 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see302

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see294

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see266

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see240

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see236

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see234

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see229

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see227

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see225

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see215

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see199

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see197

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see196

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see195

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see193

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see191

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri