Icma.az
close
up
RU
Vəsiqəsini itirən həmin abituriyentə güzəşt etmək olardı AÇIQLAMA

Vəsiqəsini itirən həmin abituriyentə güzəşt etmək olardı AÇIQLAMA

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"İmtahana buraxılış vərəqəsinin üzərində qeyd olunan şərtlərdən biri şəxsiyyət vəsiqəsinin mütləq abituriyentin yanında olmasıdır. Abituriyent məsuliyyətsizlik edibsə, özü cavabdehlik daşımalıdır".

Bu fikirləri Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev imtahan zamanı şəxsiyyət vəsiqəsinin abituriyentin üzərində olmaması mövzusunu şərh edərkən bildirdi. O qeyd etdi ki, Dövlət İmtahan Mərkəzi imtahanda iştirak edən şəxslərdən şəxsiyyət vəsiqəsi tələb edir:

"Şəxsiyyət vəsiqəsi yoxdursa, həmin şəxsin imtahanda iştirakı məhdudlaşdırılır. Dövlət İmtahan Mərkəzinin imtahan keçirilən zaman müəyyən qaydaları tətbiq olunur. Hər bir imtahana, imtahana buraxılış vərəqəsi ilə yanaşı, şəxsiyyət vəsiqəsi də tələb olunur. Dövlət İmtahan Mərkəzi imtahan iştirakçılarının birbaşa şəxsiyyət vəsiqələrinə baxaraq, imtahanda iştirakı təmin edir".

Ekspert qeyd etdi ki, bəzən müxtəlif aldatma yolları müşahidə olunur:

"Məsələn, başqasının yerinə imtahanda iştirak etmək, əkiz bacı-qardaşların bir-birinin əvəzinə imtahanda iştirak etmək kimi halların qarşısını almaq üçün DİM şəxsiyyət vəsiqəsi tələb edir.
Şəxsiyyət vəsiqəsi olmadan da, elektron sistem hesabına məlumat almaq olar. Lakin bu, daha çox vaxt apara bilər. DİM hər bir abituriyenti sıra ilə yoxlayaraq zala buraxarsa, bu ciddi bir vaxt itkisinə səbəb ola bilər. Qəbul zamanı elə binalar olur ki, 3-5 minə yaxın abituriyent imtahan verir.
Bu səbəbdən şəxsiyyət vəsiqəsinin abituriyentlərdə olması daha məqbul hesab olunur. Qəbul imtahanlarının bir formatı var. Abituriyentlər qaydalara əməl etməlidirlər. Şəxsiyyət vəsiqəsinin müddəti bitən abituriyentlər də imtahana buraxılmır. Şəxsiyyət vəsiqəsi olmadan bir nəfər imtahana buraxıldıqda, bu hal yenidən baş verər. Bu, abituriyentlərdə məsuliyyətsizlik formalaşdıra bilər. Nəticə olaraq bu hal imtahan gedişinə təsir göstərəcək. Şəxsiyyət vəsiqəsinin tələb olunması abituriyentlərdə müəyyən məsuliyyət formalaşdırır".

R.Nurəliyevin sözlərinə görə abituriyentlər özlərində məsuliyyət hiss etməlidirlər.

"Məsələn, şəxsiyyət vəsiqəsini elə dünən imtahana az qalmış itirdiyini görən zaman belə, həmin abituriyentə müəyyən güzəştlər etmək olar. Həmin şəxsiyyət vəsiqəsinin elektron forması müəyyən edilərək imtahanda iştirak təmin edilə bilər. Hər bir şəxsin şəxsiyyət vəsiqəsinin elektron formada müəyyən oluna bilər. Nəzərə alsaq ki, abituriyent bir gün öncə bu problem üçün DİM-ə yaxınlaşsa, şənbə günü olacaq. Bu halda vəziyyət bir az çətinləşmiş olacaq. Bir neçə gün əvvəl bu hal aşkarlansa, DİM-dən möhürlü sənəd alına bilər", - deyə ekspert bildirdi.

Qeyd edək ki, DİM-in son keçirdiyi buraxılış imtahanı zamanı şagirdlərdən biri şəxsiyyət vəsiqəsini itirdiyi üçün imtahana buraxılmayıb.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Mart 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri