Icma.az
close
up
RU
Vətən müharibəsi haqqında yeni film çəkilir

Vətən müharibəsi haqqında yeni film çəkilir

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyi “Zəfər çağırışına hay verənlər” layihəsinin icrasına  başlayıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən layihə "Konstitusiya və Suverenlik İli"nə həsr olunur.

525.az-a bu barədə layihənin rəhbəri Asəf Quliyev məlumat verib.

Onun sözlərinə görə, layihə çərçivəsində film hazırlanacaq: "Layihə çərçivəsində hazırlanacaq filmdə Ermənistanın Azərbaycana təcavüzünün üç mərhələsi əks olunacaq. Birinci mərhələni şərti olaraq təcavüz, ikinci mərhələni bizi doğma yurd yerlərimizdən ayıran işğal illəri, üçüncü mərhələ isə zəfər savaşı adlandırmaq olar. Amma əsas məqsəd bizə zəfəri yaşadanlardır”.

Asəf Quliyevin sözlərinə görə, filmin adı “Məhımmədəli” olacaq: “Məhəmmədəli Vətən müharibəsi şəhidir. Onu vətənpərvər Azərbaycan gənclərinin ümumiləşdirilimiş obrazı da hesab etmək olar. Məhəmmədəli “Qarabağ” futbol komandasının “İmarət” Azad Azarkeş Qrupunun üzvü idi. Onun və dostlarının 27 sentyabr 2020-ci ilə qədər olan fəaliyyətinə nəzər salanda görünür ki, bu gənclərin köksündə sözün həqiqi mənasında vətən üçün yanan bir ocaq olub. Və zamanı gələndə Azərbaycan gəncləri öz sözünü dedi”.

Layihə rəhbəri filmdə çox maraqlı faktların təqdim olunacağını da bildirdi. 

Layihənin ikinci komponenti hazırlanmış filmin təqdimatı olacaq: “Təqdimat 27 sentyabr Anım günü ərəfəsində Bakıda və Ağdamda keçiriləcək. Təqdimat Azərbaycan gəclərinə bir örnək təqdim etmək məqsədi daşıyır. Təqdimatdan sonra isə film müxtəlif platformalarda geniş ictimaiyyətə təqdim olunacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://525.az
archiveBu xəbər 04 İyun 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri