Icma.az
close
up
RU
Vətən müharibəsi qazisi Zabuxda dərs deyir: “Bura artıq öz evimdir”

Vətən müharibəsi qazisi Zabuxda dərs deyir: “Bura artıq öz evimdir”

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan xalqının ən böyük qürur səhifələrindən biri - Zəfərin əldə olunmasından 5 il ötür. Ötən bu illər ərzində torpaqlarımızda həyat yenidən canlanır, azad edilmiş bölgələrimizdə təhsil müəssisələri, yollar, habelə evlərin canlanması istqamətində bərpa-quruculuq işləri aparılır. Hər qarış torpağımızda Vətən müharibəsi iştirakçılarının izi, habelə əməyinin bəhrəsi görünür.

Modern.az bu qəhrəmanlardan biri olan və hazırda Laçın rayonunun Zabux kənd tam orta məktəbində hərbi hazırlıq rəhbəri kimi çalışan Vətən müharibəsi qazisi Taleh İsgəndərli ilə həmsöhbət olub.

O, döyüş meydanından məktəb auditoriyasına qayıdaraq, bu gün azad torpaqlarda gələcək nəsillərə vətənpərvərlik dərsi aşılayır.

“1996-cı ildə Bakı şəhərində anadan olmuşam. Bakı şəhərində doğulub, boya-başa çatsam da, əslən Laçın rayonunun Oğuldərə kəndindəndəm. Hələ müharibədən öncəki illərdən müxtəlif sahələrdə, o cümlədən hava limanında çalışmışam. 2020-ci ildə müharibə başlayanda isə mənim 24 yaşım var idi”,- deyə o söyləyib.

Vətən müharibəsi qazisi bildirib ki, bu kənd onun ata-baba yurdu olmasa da, buranı artıq öz evi kimi bilir:

“Zabux kəndində xidməti evlə təmin olunmuş, ailəmlə birlikdə burada yaşayıram. Həyat yoldaşım məktəbdə müəllim, qızım isə elə bu kənddə uşaq bağçasına gedir. Məqsədimiz şagirdlərə vətənpərvərlik ruhunu aşılamaq və tariximizin unudulmamasına xidmət etməkdir”.

Müsahibimiz torpaqlarımız işğaldan azad edildikdən sonra, dərs dediyi məktəbdə ilk dərs günüylə bağlı təəssüratlarını da bölüşüb:

“İlk dərs günü həm şagirdlər, həm də kənd camaatı üçün çox xüsusi gün idi. Bununla yanaşı, 1992-ci ildə Laçın işğal olunduğu üçün həmin ilin məzunları son zəng mərasimi keçirə bilməmişdilər. Biz işğaldan azad edildikdən sonra keçirilən ilk son zəngdə onları da dəvət etdik. Uzun illərdən sonra o məzunların yenidən məktəb həyətində toplaşması çox kövrək, tarixi və eləcə də təsirli an idi.

Hazırda əsas məqsədim şagirdlərdə vətənə bağlılıq,  vətən uğrunda canından keçən şəhid və qazilərimizin qəhrəmanlığından ilham almaq kimi dəyərləri onlarda formalaşdırmaqdır. Onların ölkəsini sevən, torpağını qorumağa hazır fərdlər kimi yetişməsinə töhfə vermək istəyirəm”,- deyə T.İsgəndərli əlavə edib.

Qeyd edək ki, Laçın rayonu Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbinin hərbi hazırlıq rəhbəri Taleh İsgəndərli Vətən müharibəsi iştirakçısıdır. O, Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlı rayonlarının azad edilməsində fəal iştirak edib. Taleh İsgəndərli “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Müharibədən sonra işğaldan azad olunmuş Laçın rayonunun Zabux kənd tam orta məktəbində hərbi hazırlıq rəhbəri kimi fəaliyyətə başlayıb və hazırda da həmin məktəbdə fəaliyyətini davam etdirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Noyabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri