Icma.az
close
up
RU
Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin xanımına rütbə verildi

Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin xanımına rütbə verildi

Icma.az, Modern.az saytına istinadən bildirir.

Şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyevaya leytenantı rütbəsi verilib. 
Modern.az-ın məlumatına görə, polkovnik-leytenant, şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva bu gün Gömrük orqanlarında xidmətə yeni qəbul edilən əməkdaşların andiçməsində iştirak edənlər arasında olub. 

Ona bu gün leytenant rüstbəsi verilib. 

Vüsalə Əliyeva Gömrük orqanlarında işə başlaması barədə Modern.az-a açıqlama verib:

"Hərbi paradlarda öndə gedən komandirin xanımı kimi bu gün də mən qrup komandiri kimi öndə gedirdim"


“Gömrük əməkdaşı olaraq bu gün andiçmə mərasimində iştirak etmək hər birimiz üçün qürurverici və məsuliyyətli idi. Biz vətənimizə, dövlətimizə hər zaman sadiq qalaraq, daim dürüst və peşəkar, vətənpərvər, məsuliyyətli olmaqla yanaşı, Azərbaycan Respublikası qanunlarına sədaqətlə xidmət edəcəyimizə and içdik. Vətən müharibəsi qəhrəmanının, hər zaman hərbi paradda öndə gedən bir komandirin xanımı kimi bu gün də mən qrup komandiri kimi öndə gedirdim. Bu mənim üçün ikiqat məsuliyyətli idi”.
“Gömrük orqanındakı andiçmə mərasimi hər il Ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində keçirilir. Azərbaycanın qurucusu olan Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Prezidentə minnətdarıq. Bugünkü çiçəklənən, suveren, azad, müstəqil Azərbaycana görə bütün şəhidlərimizə minnətdarıq. Müstəqil, suveren Azərbaycanın vətəndaşı olaraq, həm də bu dövlətə xidmət edən, Gömrük orqanında xidmət edən biri kimi mənim üçün ikiqat sevincli gündür”.


"Zəng edib dedilər ki, əmrim gəlib, artıq mənə leytenant rütbəsi verildi" 
“Keçən ilin mayın 8-də mən kiçik leytenant rütbəsi almışdım və indi də yeni bir əmr ilə leytenant rütbəsinə layiq görülmüşəm. Mən Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırova öz təşəkkürümü bildirirəm. İnşallah ki, bu etimadı ən yüksək səviyyədə doğruldarıq. Vətənə, Azərbaycana xidmət etmək hər birimiz üçün, xüsusilə də bir zabit kimi bizim üçün şərəfdir.
Övladlarımın yanımda olması mənə həmişə dəstək oldu. Mən də bu gündən Azərbaycan Respublikasına xidmət edirəm. Bu mənim üçün olduqca məsuliyyətli və qürurlu hisdir”- deyə şəhid xanımı bildirib. 

Qeyd edək ki, Vüsalə Əliyeva  Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən, Şuşaya girişi təmin edən döyüşlərə rəhbərlik edən Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin həyat yoldaşıdır. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:399
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 May 2026 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see376

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see288

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see278

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see266

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see266

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see263

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see255

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see243

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see241

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see241

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see236

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see228

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see227

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see226

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see219

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see218

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see214

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see209

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see205

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri