Icma.az
close
up
RU
Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyev qızının xatirələrində...

Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyev qızının xatirələrində...

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 6 noyabr, AZƏRTAC

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının birliyini, Ordumuzun gücünü və əsgər-zabitlərimizin misilsiz qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi. 44 gün davam edən müharibədə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçərək adını tariximizə yazan igidlərimizdən biri də Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevdir. Döyüşlərdə göstərdiyi şücaət, peşəkar hərbçi və cəsur komandir kimi fəaliyyəti ilə seçilən Anar Əliyev qəhrəmanlığı ilə xalqımızın yaddaşında əbədi yer tutub.

Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin qızı, Bakı Dövlət Univesitetinin Tarix fakültəsinin II kurs tələbəsi Nigar Əliyeva AZƏRTAC-a müsahibəsində atasının döyüş yolundan, Vətənə və doğma Kəlbəcərə bağlılığından, eləcə də onunla bağlı unudulmaz xatirələrindən danışıb. O, atasının ailədə qayğıkeş, mehriban insan, hər kəsin güvən yeri olduğunu bildirib.

N.Əliyeva atasının hərbçi kimi də peşəkarlığı və cəsarəti ilə seçildiyini, daim ön sıralarda olan komandir olduğunu vurğulayıb. Onun sözlərinə görə, əslən Kəlbəcərdən olan atasının ən böyük arzularından biri doğma torpağına Azərbaycan bayrağını sancmaq idi: “Vətən anlayışı onun üçün, bəlkə də, ilk növbədə Kəlbəcər demək idi. Atam Kəlbəcər azad olunduqdan sonra bizimlə birlikdə doğma yurduna gedəcəyini, oranın hər qarışını ailəsi ilə birgə gəzəcəyini düşünürdü. Təəssüf ki, bu, ona qismət olmadı. Ancaq arzusu gerçəkləşdi, onun adına Kəlbəcərə bayraq sancıldı və bu gün həmin torpaqlarımız azaddır. Mən Qarabağa dəfələrlə səfər etmişəm. Hər dəfə oraya gedəndə elə hiss edirəm ki, atam yanımdadır”.

O, atasının Kəlbəcərlə bağlı xatirələrini ailəsi ilə tez-tez bölüşdüyünü, doğma yurdlarındakı evlərindən və orada keçirdiyi günlərdən böyük sevgi ilə danışdığını xatırlayıb. Sonradan ailə üzvləri də həmin yerlərə səfər edib, ata evlərini görüblər. Hazırda isə evdən yalnız daşlar qalıb. Atası ilə son görüşünü xatırlayan Nigar Əliyeva bildirib ki, 2020-ci il oktyabrın 11-də Anar Əliyev müharibəyə yollanıb. Həmin gün günorta saatlarında evə gələrək bəzi əşyalarını götürüb tələsik getdiyini deyən müsahibimiz atasının döyüşlərə qatılacağını ailəsinə bildirmədiyini söyləyib: “Həmin an bunun son görüşümüz olduğunu bilmirdim. Bu, ömrümün ən ağır xatirələrindən biridir”.

O, müharibə zamanı atası ilə cəmi bir dəfə telefonla danışa bildiyini, həmin söhbətdə onun səsinin yorğun gəldiyini, döyüşlərin gərginliyinin hiss olunduğunu qeyd edib.

N.Əliyeva atasının Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə şəhid olduğunu bildirib.

Müsahibimiz atasının şəhid olması xəbərini necə öyrəndiklərini də kövrək xatirələrlə bölüşüb. O, bu xəbəri qəbul etməyin çox çətin olduğunu, təxminən bir il ərzində atasının şəhid olması ilə barışa bilmədiyini söyləyib. Həmin dövrün həm özü, həm anası, həm də qardaşı üçün son dərəcə ağır keçdiyini vurğulayıb. Anasının kədərini və qardaşının keçirdiyi sarsıntıları görməyin ona da ağır təsir etdiyini bildirib.

Xidməti dövründə Anar Əliyevin göstərdiyi rəşadəti və qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirdiyində qəhrəmanlığı Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Dövlət başçısının müvafiq sərəncamları ilə polkovnik-leytenant ölümündən sonra ən yüksək fəxri ad - “Vətən Müharibəsi Qəhrəmanı” adına və bir neçə döyüş medalına, o cümlədən “Vətən uğrunda” və “Şuşanın işğaldan azad edilməsi” medallarına layiq görülüb.

N.Əliyeva bu yüksək mükafatın atasının qəhrəmanlığına və hərbi peşəkarlığına verilən layiqli qiymət olduğunu bildirib: “Atamın adı hər zaman yoluma işıq salır. Getdiyim hər yerdə Anar Əliyevin qızı olduğumu söyləmək mənim üçün böyük qürurdur. Onun adını hər zaman özümlə yaşatmaq mənə güc verir. Atamın yoxluğu ilə bağlı kədərim böyükdür, amma onun qızı olmağımdan duyduğum qürur da bir o qədər böyükdür”.

Müxbir-Xatirə Cəfərova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2026 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri