Vətən müharibəsi şəhidinin xatirəsi YAD EDİLDİ FOTO
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün Qusar rayonunun Cibir kəndində şəhid Rafik Nurməhəmməd oğlu Bəyverdiyevin anım mərasimi keçirilib.
Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, şəhidin məzarı ziyarət edilib, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla yad edilib.
Şəhid Bəyverdiyev Rafik Nurməhəmməd oğlu 1 iyun 1998-ci ildə Qusar rayonunun Cibir kəndində anadan olub. II Qarabağ müharibəsi başlananda könüllü olaraq müharibəyə yollanan Rafik Bəyverdiyev oktyabrın 20-də şəhid olub, 17 noyabr 2020-ci ildə Qusar rayonunun Cibir kəndində dəfn olunub.
Şəhid ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 17 Noyabr 2025 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















