Icma.az
close
up
RU
Vətən müharibəsi şəhidinin xatirəsi yad olundu

Vətən müharibəsi şəhidinin xatirəsi yad olundu

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kəlbəcər Diyarşünaslıq Muzeyində Vətən müharibəsi şəhidi, əslən Kəlbəcər rayonunun Ağcakənd kəndindən olan Mustafayev Elnur Nəcəf oğlunun doğum gününə həsr olunmuş anım tədbiri keçirildi. Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Anım tədbirində Milli Müdafiə Universitetinin rektor müavini, general-mayor Arif Həsənov, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədr müavini Həbib Misirov, Müdafiə Nazirliyinin əməkdaşı Mayor Fərahim Eyvazov, şəhidin doğmaları, şəhid ailələri, telejurnalist Hikmət Əsgərov, Bakıda fəaliyyət göstərən Kəlbəcər rayon kitabxanasının və muzeyin əməkdaşları iştirak ediblər.Tədbiri Kəlbəcər Diyarşünaslıq Muzeyinin direktoru Bərzani Əsgərov açaraq şəhid Mustafayev Elnur Nəcəf oğlunun həyatı, təhsili və Vətən müharibəsində keçdiyi şərəfli döyüş yolu haqqında ətraflı məlumat verdi.Daha sonra Milli Müdafiə Universitetinin rektor müavini, general-mayor Arif  Həsənov, YAP Kəlbəcər rayon təşkilatının sədr müavini Həbib Misirov, Milli Müdafiə Universitetinin zabiti, Kəlbəcər rayon 18 nömrəli tam orta məktəbin direktoru Arzuman Qarayev, şəhid qardaşı Mobil Mustafayev, şəhid baçısı Tamara Mehdiyeva, Kəlbəcər rayon 20 nömrəli məktəbin müəlliməsi Gültəkin Çəlilova və digər çıxış edənlər şəhidimizin həyat yolundan, göstərdiyi qəhrəmanlıq nümunələrindən danışdılar. Çıxışlarda xüsusi vurğulandı ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, Azərbaycan Ordusunun rəşadəti və xalqımızın dəmir yumruq kimi birliyi sayəsində Vətən müharibəsində tarixi Zəfər qazanıldı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bildirildi ki, bu gün Qarabağda, Şərqi Zəngəzurda, o cümlədən doğma Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, Böyük Qayıdış Proqramına uyğun olaraq sakinlər öz ata-baba yurdlarına köçürülür. Prezidentin müdrik və uzaqgörən siyasəti nəticəsində bölgədə sabitlik və təhlükəsizlik tam təmin olunub.Tədbirdə çıxış edən şəhidin anası Ulduz Mustafayeva dövlət tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələri adından dərin minnətdarlığını ifadə etdi.Sonda Kəlbəcər rayon 20 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirdilər. Tədbirin sonunda şəhidin valideynlərinə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı tərəfindən Fəxri Fərman, Milli Müdafiə Universiteti tərəfindən isə rəsmi məktub təqdim olundu.

Qeyd edək ki, Şəhid Elnur Nəcəf oğlu Mustafayev 9 fevral 2002-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onun atası Kəlbəcərin Ağcakənd, anası isə Oruclu kəndindəndir. Qeyd edək ki, Elnurun ata babası olan Abbas Mustafayev Kəlbəcər elinin tanınmış söz ustadlarından biri olub. "Dəmirçi" təxəllüsü ilə yazıb-yaradan Abbas kişinin bir neçə kitabı işıq üzü görüb. Onun ana babası Zakir Rüstəmov isə uzun illər Kəlbəcər rayon 18 nömrəli tam orta məktəbinin direktoru, həmçinin ingilis dili müəllimi işləyib. Valideynlərinin, qohumlarının erməni terrorçularının işğalı nəticəsində öz yurdlarından qaçqın düşməsi Elnurun həyatında iz qoymaya bilməzdi. Uşaq vaxtlarından valideynlərindən, qohumlarından, xüsusilə də Firuzə nənəsinin dilindən düşmən tapdağı altında qalan yurdu barədə xoş xatirələri dinləyərək böyüyürdü Elnur. Bütün bunlar, həmçinin kiçik yaşlarından onun ailəsinə, vətəninə, dininə və mənəvi dəyərlərinə olan bağlarını daha da qüvvətləndirir, onun vətənə, qəhrəmanlarımıza olan sevgisinin formalaşmasında xüsusi rol oynayır. Elnur kiçik yaşlarından idmanın güləş növü ilə məşğul olmağa başlayır. Güclü bədən quruluşu ona bu sahədə tez bir zamanda uğurlar qazanmağa imkan verir. O, yerli, həmçinin xarici (Türkiyə, İran, Dağıstan (Rusiya), Gürcüstan) yarışlarda iştirak edərək yüksək nailiyyətlər əldə edir. İran İslam Respublikasında, 2017-ci ildə Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr edilmiş turnirdə 1-ci yerə layiq görülür. O, evə gələrək böyük sevinc hissi ilə anasına deyir ki, "Ana, mən bu medalı Şəhidlərimiz üçün qazandım".Elnur xasiyyətcə çox mehriban, gülərüz və dostcanlı biri idi. Nəhayət, Elnur 18 yaşı tamam olduqdan sonra 2020-ci il mayın 7-si hərbi xidmətə yollanır. 27 sentyabr 2020-ci il tarixində xain düşmənin növbəti təxribatından sonra şanlı Azərbaycan ordusu yağı düşmənə qarşı genişmiqyaslı əməliyyata başlayır. Elnur da ilk gündən müharibədə iştirak etməyə başlayır. Cəsarət və şücaəti ilə seçilən Elnur müxtəlif istiqamətlərdə, o cümlədən də Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Şuşa istiqamətindəki döyüşlərdə iştirak edir. Atası telefon danışıqlarından birində içərisi düşmənlə dolu olan 2 maşını məhv etdiyini deyir. Sanki o, şəhid olacağını çox-çox əvvəldən hiss edirmiş və hər fürsətdə ailəsini buna hazırlayırdı. 30 oktyabrda Qırmızı Bazar istiqamətindəki şiddətli döyüşlərə qatılır. Şəhid silahdaşının döyüş meydanında qalan nəşini gətirərkən xain düşmənin gülləsinə tuş gələrək Şəhidlik zirvəsinə ucalır. 31 oktyabr 2020-ci il tarixdə Elnur böyük izdiham ilə Sulutəpədə yerləşən Şəhidlər məzarlığında torpağa tapşırılır. Elnur Mustafayev Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Vətən uğrunda"  "Xocavəndin,  Füzulinin və Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Fevral 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri