Icma.az
close
up
RU
Vətən müharibəsi xalqımızın tarix qarşısında hesabatı idi Video

Vətən müharibəsi xalqımızın tarix qarşısında hesabatı idi Video

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Daxili İşlər Nazirliyində 8 noyabr-Zəfər Gününə həsr olunmuş təntənəli mərasim keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə 44 günlük Vətən müharibəsində iştirak etmiş DİN-in hərbi qulluqçuları və polis əməkdaşları iştirak ediblər.

Əvvəlcə respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən daxili işlər nazirinin müavini polis general-leytenantı İsmət Əliyev tariximizə qızıl hərflərlə yazılan müqəddəs qələbəni, 30 ilə yaxın bir müddətdə Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızın azad olunmasını, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa  edilməsini xalqımızın çoxəsirlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu qeyd edib, daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Daxili İşlər Nazirliyinin şəxsi heyətinə ünvanladığı təbriklərini çatdırıb.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Komandanının müavini -  Şəxsi Heyət üzrə İdarənin rəisi general-mayor İnqilab Muradov ölkə Prezidentinin davamlı səyləri ilə yaradılan güclü hərbi potensialın qarşımızda duran müqəddəs missiyanın layiqincə yerinə yetirilməsində öz töhfəsini verdiyini vurğulayıb.

Qeyd olunub ki, Daxili İşlər Nazirliyinin ayrılmaz hissəsi olan Daxili Qoşunların hərbi qulluqçuları Birinci Qarabağ müharibəsində olduğu kimi Vətən savaşında da misilsiz şücaət və hünər göstərərək Ali Baş Komandanın etimadını, xalqımızın inamını doğrultdular. Torpaqlarımızın işğaldan azad olunması zamanı şəxsi heyətdən 66 nəfərin şəhidlik zirvəsinə ucaldı, 346 nəfərin yaralandı, ölkə rəhbəri tərəfindən 4 hərbi qulluqçu “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldü, minlərlə hərbi qulluqçumuz isə orden və medallarla təltif olundu.

Daha sonra Vətən müharibəsində qazanılan Qələbənin suverenliyimizə gedən yolun başlanğıcı olduğunu qeyd edən natiqlər ərazi bütövlüyümüzü təhdid edən, Xankəndidə yuva salmış terrorçu ünsürlərin, eləcə də Ermənistan sılahlı qüvvələrinin zərərsizləşdirilməsi istiqamətində Silahlı Qüvvələrimizin, o cümlədən Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının iştirakı ilə keçirilən lokal xarakterli antiterror tədbirlərinin dünya hərb tarixində analoqu olmadığını qeyd ediblər.

Tədbirin sonunda “Şanlı Zəfərimiz əbədidir” sənədli film nümayiş olunub.





Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Noyabr 2024 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see250

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see223

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see220

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see217

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see208

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see201

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see201

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see197

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see195

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see173

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see168

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see152

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see150

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see150

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see148

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see146

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri