Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Vətən müharibəsi xalqımızın birliyinin simvoludur Millət vəkili

Vətən müharibəsi xalqımızın birliyinin simvoludur Millət vəkili

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Bu gün 44 günlük Vətən müharibəsinin başlamasından beş il ötür. 27 sentyabr 2020-ci il tarixində Ermənistanın silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi azad edərək tarixi ədaləti və ərazi bütövlüyümüzü bərpa etdi.

Millət vəkili Pərvanə Vəliyeva Metbuat.az-a açıqlamasında bildirib ki, 44 günlük Vətən Müharibəsi Azərbaycan tarixinin ən mühüm və şərəfli səhifələrindən biridir:

"Bu savaş Azərbaycan xalqının iradəsini, birliyini və ərazi bütövlüyü uğrunda mübarizəsini bir daha bütün dünyaya göstərdi. Müharibənin nəticələri region üçün yeni mərhələnin başlanğıcını qoydu və Azərbaycanın gələcək inkişafı üçün mühüm zəmin yaratdı. Vətən müharibəsində Azərbaycan xalqı birlik, həmrəylik və milli ruh nümayiş etdirərək, düşmənin layiqli cavabını verdi. Minlərlə igid oğullarımız bu yolda şəhidlik zirvəsinə ucaldı, on minlərlə qazimiz mübarizənin canlı şahidinə çevrildi. Onların göstərdiyi rəşadət və vətənpərvərlik gələcək nəsillər üçün əsl qəhrəmanlıq nümunəsi oldu".

Deputatın sözlərinə görə, bu müharibə yalnız bir hərbi qələbə deyil, həm də Azərbaycan xalqının mübarizə iradəsinin, vətən sevgisinin və birliyinin simvoludur. Bu müharibənin ən qiymətli və müqəddəs səhifəsi isə şəhidlərimizin və qazilərimizin, yəni müharibənin canlı qəhrəmanlarının tarixə yazdığı şərəfli izlərdir:

"Şəhidlik Azərbaycan xalqı üçün hər zaman müqəddəs bir anlayış olub. 44 günlük müharibə zamanı minlərlə igid oğul vətənin bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucaldı. Bu şəhidlər Azərbaycanın gələcəyi, torpaqlarımızın azadlığı və xalqımızın qüruru üçün əbədi yaşayacaqlar. Şəhidlik zirvəsi qədər müqəddəs olan digər bir məqam isə veteranlıq, yəni müharibədən sağ çıxmış, lakin həyatını və sağlamlığını bu mübarizəyə həsr etmiş insanlarımızdır. Onlar bu gün də xalq arasında hörmət və ehtiramla qarşılanır. 44 günlük Vətən Müharibəsinin şəhidləri və qaziləri yalnız bir döyüşün deyil, bütöv bir xalqın taleyinin qəhrəmanları oldular. Onlar sayəsində Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoydu, tarixi ədaləti bərpa etdi və yeni reallıqlar yaratdı".

P.Vəliyeva qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, hər il 27 sentyabr tarixi ölkəmizdə Anım Günü kimi qeyd olunur:

"Bu gün, 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin anıldığı gündür. Bu gün dövlətimiz şəhid ailələrini yüksək səviyyədə dəstəkləmək məqsədilə maddi, sosial və psixoloji yardım proqramları həyata keçirir. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamı ilə Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin layihələri hazırlanmış və tikinti işlərinə başlanılmışdır. Müharibə dövründə bədən əzalarını itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmişdir. Əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 18 mindən yuxarı hərbiçi öhdəliyə götürülmüşdür. Bu gün bütün ölkə boyu şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilir, onların qəhrəmanlıq dastanı müxtəlif tədbirlərdə, abidələr önündə, təhsil müəssisələrində, dövlət və özəl qurumlarda qeyd olunur. Azərbaycan cəmiyyəti şəhid və qazilərə dərin ehtiram bəsləyir. Hər bir şəhərdə şəhid bulaqları, xatirə lövhələri, şəhidlərin adını daşıyan məktəblər və parklar yaradılır. Məktəblərdə və universitetlərdə gənc nəsilə vətənpərvərlik ruhunun aşılanmasında şəhid və qazilərin həyat yolu örnək kimi göstərilir".

"Azərbaycan xalqı heç zaman şəhidlərini unutmayacaq. Onların qanı bahasına qazanılmış bu Zəfər, müstəqilliyimizin və dövlətçiliyimizin əbədi simvoluna çevrilib. Şəhidlər və qazilər Vətən Müharibəsinin əsl qəhrəmanlarıdır. Onların fədakarlığı sayəsində bu gün azad Qarabağ var. Bizim borcumuz bu qəhrəmanların adını uca tutmaq, onların ailələrinə sahib çıxmaq və gələcək nəsillərə vətənə sevgi, şəhidə ehtiram, qaziyə minnətdarlıq hissini aşılamaqdır", - deyə millət vəkili əlavə edib.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 27 Sentyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see264

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see258

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see239

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see225

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see202

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see189

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see183

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see163

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see154

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see154

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see148

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see144

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see142

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see142

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri