Vətən Müharibəsində iştirak etmiş həkimlər haqqında kitab təqdim olunub
Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
44 günlük Vətən müharibəsinin bütün nüanslarının kitablarda, filmoqrafiyada salnamələşdirilməsi prosesləri davam etdirilir. Zəfərimizin ilk yubileyi – 5-ci ildönümündə torpaqlarımız uğrunda haqq savaşımızın müxtəlif səviyyələrdə, həm də hadisələrin bir qədər də emosionallıqdan kənar, daha dərindən analiz edilməsinin təzahürləri görünməkdədir.
Bu sıradan Vətən müharibəsinin bilavasitə iştirakçıları olmuş Bakı şəhəri Nəriman Nərimanov rayon Tibb Mərkəzinin təşkilatçılığı ilə çapdan çıxmış “Fədakar həkimlərimiz” kitabı ağxalatlı döyüşçülərimizin cəbhədəki fəaliyyətinin işıqlandırılmasında tutarlı bir nümunədir. Kitabın Avrasiya Universitetinin akt zalında Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan təqdimat mərasimini çap məhsulunun tərtibatının və ön sözünün müəllifi, tədqiqatçı-jurnalist, şair, tədbirin moderatoru Dəyanət Səlimxanlı bu sözlərlə başladı.
“Vətən müharibəsinin 42 ağxalatlı şəhidi var”
Məlum oldu ki, birinci hissəsi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub, Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən davam etdirilən müasir ordu quruculuğuna, ikinci hissəsi başda bütün fədakar həkimlərimiz olmaqla Azərbaycanın Tibb personalının tərkibində Şuşada, Xankəndində yaralılara şəfa vermiş Nərimanov rayon Tibb Mərkəzinin kollektivinin əməyinə həsr olunan “Fədakar Həkimlərimiz” qələbənin 5 illiyinə sanballı bir hədiyyə kimi işıq üzü görüb. Kitabın ideya müəllifi Nərimanov rayon Tibb Mərkəzinin Şüa-diaqnostika şöbəsinin həkimi, tibb elmləri namizədi Abbasqulu Səfərovdur.
Təqdimat mərasimində ilk çıxış edən ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Milli Müdafiə Universiteti Hərbi Elmi-Tədqiqat İnstitutunun Humanitar elmlər şöbəsinin professoru Nurulla Əliyev özünün də bilavasitə iştirakçılığı ilə ölkəmizdə gedən ordu quruculuğu prosesi barədə təfsilatlı məlumat verdi.
Nərimanov rayon Tibb Mərkəzinin direktoru Fazil Əliməmmədov Vətən müharibəsi başlayan kimi tibb müəssisəsinin bir zənglə operativ hazır olaraq cəbhəyə yola düşməsindən, döyüş bölgəsindəki fəaliyyətləri zamanı onlara gətirilmiş heç bir yaralının ölməməsindən danışdı, 44 günlük savaş və bir günlük Antiterror əməliyyatı zamanı ümumilikdə tibb personalından 42 nəfərin şəhid olduğunu bildirdi.
“İlk şəhid həkim Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərova olub”
Daha sonra çıxış edən “Fədakar Həkimlər”in hərbi məsləhətçisi, tədqiqatçı-jurnalist, “Azərbaycan Ordusu” qəzetinin əməkdaşı Lalə Hüseynova müsir Azərbaycan ordusununun sıralarında ilk gündən – hələ Qarabağ savaşının birinci dönəmindən üzü bıri fədakarlıq göstərən həkimlərimizin fəaliyyəti barədə geniş məlumat verdi. Onu da xüsusi olaraq bildirdi ki, “ordumuzun ilk şəhid həkimi də Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərova olub. Hərbi səhiyyəmiz həm Qələbəmizin başlanğıcı olan Aprel döyüşlərində, həm də 44 günlük Vətən müharibəsində əsgərləmizlə çiyin-çiyinə vuruşaraq böyük Zəfərimizə əvəzsiz töhfələr bəxş etmişlər. Bu danılmaz xidmət, böyük vətənpərvərlik nümunəsidir”.
Daha sonra çıxış edən Şəhid ailələri, Veteranlar, Qarabağ Əlilləri Təşkilatı Yasamal rayon şöbəsinin sədri Bəhram Şeydayev, döyüş bölgəsində yaralılara şəfalar vermiş Nərimanov rayon Tibb Mərkəzinin işçiləri Elman doktor, Şəlalə xanım, Abşeron rayon Tibb Mərkəzinin cərrahı Eldar həkim, şəhid ailələrinin təmsilçiləri, onlarla yaralını ölümdən xilas etmiş, hazırda Zaqatala xəstəxanasında cərrah işləyən Şamil Tahirli, jurnalist-publisist, şəhidlərə həsr olunan iki kitabın müəllifi Nəzirməmməd Zöhrablı və başqaları döyüşlərdə iştirak edən həkimlərimiz, ümumilikdə Qarabağ müharibəsi barədə xatirələrini bölüşdülər, nəfis tərtibatla işıq üzü görmüş “Fədakar Həkimlərimiz” kitabının Zəfərimizin beş illiyinə həqiqətən də gözəl bir nümunə olduğunu söyləyərək kitabı ərsəyə gətirənlərə təşəkkür etdilər.
Azpost.info
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 29 Dekabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















