Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Zəfər Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş olub

Zəfər Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş olub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 6 noyabr, AZƏRTAC

Noyabrın 6-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərliyi ilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş keçirilib.

VK-dən AZƏRTAC-a verilən məlumata görə, Kollegiyanın inzibati binasında təşkil olunan görüş Azərbaycanın şanlı Zəfər tarixinin rəmzi olan 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr edilib.

Görüşdə Anar Bağırov iştirakçıları qarşıdan gələn 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Günü və 12 Noyabr – Konstitusiya Günü münasibətilə təbrik edərək, bu əlamətdar tarixlərin xalqımızın dövlətçilik iradəsinin, milli birliyinin və müstəqillik əzminin təcəssümü olduğunu vurğulayıb. Sədr Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilmiş tarixi Qələbənin ölkəmizin müasir tarixində müstəsna yer tutduğunu qeyd edib.

Anar Bağırov bildirib ki, rəşadətli Azərbaycan Ordusunun misilsiz şücaəti, hərbi qulluqçularımızın fədakarlığı və xalqımızın sarsılmaz həmrəyliyi nəticəsində torpaqlarımız Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad edilib. Bununla da Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin olunması istiqamətində tarixi nailiyyət əldə edilib. Sədr bu Qələbənin yalnız hərbi uğur deyil, eyni zamanda milli qürurumuzun, birliyimizin və tarixi ədalətin təntənəsi olduğunu diqqətə çatdırıb. Eyni zamanda, Anar Bağırov 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş antiterror tədbirlərinin əhəmiyyətinə toxunaraq, həmin tədbirlər nəticəsində Azərbaycanın suverenliyinin bütün ərazisində tam bərpa olunduğunu xatırladıb. Hazırda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələrindən, müasir infrastrukturun yaradılmasından, yeni yaşayış məntəqələrinin salınmasından və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdış prosesindən danışıb.

Görüş zamanı Vətən müharibəsinin iştirakçıları da öz döyüş xatirələrini bölüşüb, eləcə də Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. İştirakçılar işğaldan azad edilmiş torpaqlarda Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağının dalğalanmasının hər bir azərbaycanlı üçün böyük qürur və fəxarət mənbəyi olduğunu vurğulayıb, doğma yurdların yenidən qurulmasını və keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtmasını Zəfərin davamı kimi səciyyələndiriblər.

Səmimi və qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Vətən müharibəsi iştirakçılarının göstərdikləri qəhrəmanlığın və fədakarlığın gələcək nəsillər üçün örnək olduğu bildirilib.

Qeyd edək ki, Vətən müharibəsində Kollegiyanın 14 üzvü iştirak edib. Müharibədə göstərdikləri xidmətlərə görə onların hər biri müxtəlif medallarla təltif olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2026 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see582

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see335

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see269

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see267

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see264

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see252

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see250

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see247

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see239

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see232

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see230

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see217

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see213

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see212

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see208

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see206

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see203

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see190

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see177

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri