Icma.az
close
up
RU
Vətən müharibəsində qazandığımız Zəfər tariximizə qızıl hərflərlə yazılıb

Vətən müharibəsində qazandığımız Zəfər tariximizə qızıl hərflərlə yazılıb

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan tarixinin qəhrəmanlıq səhifələri arasında Cəbrayıl xüsusi yer tutur. Bu torpaq həm işğalın acısını, həm də azadlığın qürurunu yaşayıb. 4 oktyabr – Cəbrayıl şəhəri günü isə bu böyük tarixi qələbənin rəmzinə çevrilib. 1993-cü ilin avqustun 23-də Ermənistan silahlı qüvvələri Cəbrayılı işğal etdi. 1 şəhər, 4 qəsəbə və 92 kənd viran qoyuldu. 1050 kvadrat kilometr ərazisi, 52 min nəfər əhalisi, zəngin təbiəti və qədim tarixi ilə seçilən Cəbrayıl yerlə-yeksan edildi. İşğal nəticəsində rayona 13,9 milyard ABŞ dolları həcmində ziyan dəydi. 72 məktəb, 8 xəstəxana, 150 mədəniyyət ocağı, 132 tarixi abidə dağıdıldı. Tariximizin yadigarları – Xudafərin körpüləri, Sultan Məcid hamamı, türbələr, məqbərələr, muzeylər erməni vandalizminin qurbanına çevrildi. Cəbrayıl 362 şəhid verdi, yüzlərlə insan əlil oldu. On minlərlə sakin isə məcburi köçkünə çevrilərək Azərbaycanın müxtəlif bölgələrinə səpələndi. Amma xalqın yaddaşında Cəbrayıl heç vaxt unudulmadı, ürəklərdə “Böyük Qayıdış” arzusu yaşadı. Qurtuluşun başlanğıcı – Cocuq Mərcanlı və Lələtəpə ilə tarixə yazıldı. 1994-cü ildə Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı azad edildi. Bu kənd Böyük Qayıdışın ümid çırağı oldu. 2016-cı ilin Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin alınması isə Cəbrayılın tam azad olunacağı günün yaxın olduğunu göstərdi.27 il işğal altında qalan Cəbrayıl, nəhayət, 2020-ci ilin 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusu tərəfindən azad edildi. Sentyabrın 27-də Böyük Mərcanlı və Nüzgar, Oktyabr 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq, Oktyabr 4-də Cəbrayıl şəhəri və daha 9 kənd azad edildi. Ümumilikdə rayonun 1 şəhəri və 90 kəndi işğaldan qurtarıldı. Bu, müharibənin ən həlledici əməliyyatlarından biri idi. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücumunuz mümkün olmuşdur. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Tarixi anlardan biri də Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması oldu. Bu hadisə həm simvolik, həm də siyasi baxımdan xalqımızın haqq işinin təntənəsi idi. Cənab Prezident İlham Əliyevin 26 noyabr 2020-ci il tarixli Fərmanı ilə “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Bu medala 22 mindən çox Azərbaycan əsgəri və zabiti layiq görüldü. Onların fədakarlığı bu gün Cəbrayılın hər daşında yaşayır. Azadlıqdan sonra Cəbrayıl dirçəlişin simvoluna çevrildi. Bu gün burada bərpa və quruculuq işləri geniş vüsət alıb. “Araz Vadisi İqtisadi Zonası” yaradılıb və artıq 12 rezident fəaliyyətə başlayıb. Müasir Cəbrayıl yarımstansiyası istifadəyə verilib. Rayonun kəndlərinə doğru 4–6 zolaqlı yollar çəkilir, Zəngəzur dəhlizi ilə birləşəcək infrastruktur qurulur. Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı kimi kəndlərin baş planları təsdiqlənib, minlərlə evin, məktəbin, uşaq bağçasının, sosial obyektlərin tikintisi nəzərdə tutulub. 26 sentyabr 2023-cü ildə ilk köç karvanı Cəbrayıla yola düşdü – şəhərə həyat qayıtdı.Prezident İlham Əliyevin 31 iyul 2023-cü il Sərəncamına əsasən, 4 oktyabr Cəbrayıl şəhəri günü elan edilib. Bu gün təkcə bir şəhərin yox, bütün Azərbaycanın bayramıdır. Çünki Cəbrayılın azadlığı – Azərbaycanın azadlığı, Cəbrayılın dirçəlişi – Azərbaycanın dirçəlişidir. Cəbrayıl bu gün həm qəhrəmanlıq, həm də yenidənqurma abidəsidir. Buradan boylanan ümid sabaha inam, gələcəyə güvən deməkdir. Cəbrayılın hər daşı, hər ağacı, hər nəfəsi bizə bir həqiqəti xatırladır: Azərbaycan qalib xalqdır və bu qələbə əbədidir.

David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see201

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see181

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see180

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see168

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see164

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see150

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see142

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see139

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see136

Şimali Koreya Yapon dənizinə iki ballistik raket atıb

04 Yanvar 2026 06:22see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri